“Heydər Əliyev İli” çərçivəsində “Müstəqil Azərbaycanın qurucusu - Heydər Əliyev” mövzusunda keçirilən esse-yazı müsabiqəsinə yekun vurulub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında elan edilmiş “Müstəqil Azərbaycanın qurucusu - Heydər Əliyev” mövzusunda esse-yazı müsabiqəsinə yekun vurulub.
Rayonun müxtəlif məktəblərində çalışan gənc müəllimlərin iştirak etdiyi müsabiqəyə 59 esse-yazı göndərilib, onlardan 42-si ilk olaraq Qazax Rayon Heydər Əliyev Mərkəzinin məşvərətçi qurumu - Mərkəz Şurası tərəfindən keçirilən ilkin yoxlanışdan keçərək müsabiqənin Əsasnaməsindəki şərtlərə cavab verdiyi üçün qiymətləndirmə mərhələsinə ötürülüb. Qiymətləndirmənin obyektivliyini təmin etmək üçün Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun metodisti Orxan Əliyevin, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Aynur Sanılının, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Sənəm Dünyamalıyevanın, Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Elnarə İbrahimovanın, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Rəna Əzimovanın üzvü olduğu 5 nəfərdən ibarət münsiflər heyəti tərəfindən esse yazıların hər biri yüksək dəqiqliklə yoxlanılıb, I, II, III yerlər müəyyənləşdirilib.
Aprelin 7-də Qazax Rayon Heydər Əliyev Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun metodistləri Orxan Əliyev, Süsən Alməmmədova, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Donara Həsənova, esse müsabiqəsində iştirak etmiş müəllimlər, Mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbir xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ulu Öndərin Azərbaycan təhsil siyasəti sahəsində əvəzsiz xidmətlərindən bəhs edən film nümayiş etdirilib.
Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbir iştirakçılarını salamlayıb, dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan və Azərbaycan naminə həyata keçirdiyi siyasi fəaliyyəti, müsabiqənin keçirilməsinin məqsədi, mahiyyəti və keçirilmə qaydaları haqqında məlumat verib.
Daha sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun metodistləri Orxan Əliyev, Süsən Alməmmədova, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Donara Həsənova çıxış edərək Ümummilli Liderin 100 illik yubileyi ərəfəsində “Heydər Əliyev İli” çərçivəsində bu cür tədbirlərin təşkil edilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Bütün ömrünü sevdiyi xalqına, doğma Vətəninə həsr etmiş Ulu Öndər haqqında düşüncələrini, səmimi ürək sözlərini qələmə almış hər bir müəllimə təşəkkür ediblər.
Müsabiqənin yekununda I, II və III yerə layiq görülmüş qaliblər və digər iştirakçılar Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Həbibə Məmmədli I yerə, Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kəndi tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Aynur Kəlayeva II yerə, Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Aytəkin Məmmədova III yerə layiq görülüblər.
Müsabiqəyə esse-yazı təqdim etmiş 5 gənc müəllim - Qazax rayon Nizami Hüseyinov adına Aşağı Salahlı kənd tam orta məktəbin Kimya müəllimi Afaq Abbasəliyeva, Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Orxan Əhmədov, Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin İbtidai sinif müəllimi Zəhra Alcanova, Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin İngilis dili müəllimi Sənan Nəbiyev, Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbin Tarix müəllimi Saqif Qurbanov fərqləndikləri üçün Fəxri Fərmanla təltif ediliblər.
“Müstəqil Azərbaycanın qurucusu - Heydər Əliyev” mövzusunda esse-yazı müsabiqəsində I yerə layiq görülmüş Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Həbibə Məmmədli Ulu Öndər haqqında yazdığı esse-yazısınıı oxuması ilə tədbir sona çatıb.
Facebook-da paylaş