• Təqvim

  • Maraq



“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş dəyirmi masa və ağacəkmə aksiyası təşkil edilib


“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Qazax rayonunda keçirilən silsilə tədbirlər davam etdirilir.

Fevralın 20-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” adlı dəyirmi masa keçirilib. Eyni zamanda qoruğun ərazisində “100 ağac əkək” adlı ağacəkmə aksiyası təşkil edilib.

Tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialının müəllimləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları da iştirak ediblər.


Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.

Sonra Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş igid Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Çıxışçılar Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu iki fərqli dövrdə onun tariximizə, mədəniyyətimizə, abidələrimizə, mədəni irsə göstərdiyi qayğısından, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması sahəsində atılan addımlardan, tarixi abidələr haqqında qəbul edilmiş qanunlardan, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlərdən söz açıblar.

Tədbir iştirakçıları daha sonra dünya əhəmiyyətli Damcılı yaşayış düşərgəsində “100 ağac əkək” adlı ağacəkmə aksiyasında iştirak ediblər. 


GOYEZEN.AZ   



Facebook-da paylaş