• Təqvim

  • Maraq



Ulu Öndərin adını daşıyan Mərkəzdə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib


“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Qazax Rayon Heydər Əliyev Mərkəzində “Dahi şəxsiyyət ömrü-100“ mövzusunda silsilə tədbirlərin keçirilməsinə start verilib.

Yanvarın 12-də həmin tədbirlər çərçivəsində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” başlıqlı tədbir keçirilib. 

Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Qazax Rayon Heydər Əliyev Mərkəzi, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyi, Qazax Dövlət Rəsm Qalereyasının rəhbər və əməkdaşları, ictimai fəal gənclər iştirak ediblər. 


Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin müvafiq tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında iştirakçılara ətraflı məlumat verib. V.Vəliyev bildirib ki, Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olması şərəfinə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi biz mədəniyyət işçiləri üçün böyük məsuliyyət, eyni zamanda şərəfli bir fəaliyyət ilinin başlanması deməkdir. Dahi şəxsiyyət, Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin müstəqilliyinin əbədi, dönməz və sarsılmaz olması uğrunda əvəzsiz xidmətlərinə, dövlətimizin müasir tarixinə yazılmış misilsiz fəaliyyətinə xalqımızın, dövlətimizin qədirbilən münasibəti kimi qiymətləndirilən bu qərar biz mədəniyyət işçilərini daha çox sevindirdi. Ulu Öndərin Azərbaycanın müstəqilliyinin bərpasında, inkişafında, cəmiyyətin bütün sahələrində tərəqqinin əldə edilməsində, iqtisadiyyatımızın, neft strategiyasının, sosial islahatların uğurla həyata keçirilməsində, qonşu dövlətlərlə münasibətlərin tənzimlənməsində xidmətləri misilsizdir. Lakin bununla yanaşı dövlətçilik tariximizin səhifələrinə yazılmış qanlı-qadalı günlərin, xalqımızın azadlıq mübarizəsi yolunda başına gətirilmiş qətliamların, qırğınların araşdırılması, tədqiq edilməsi, əsl günahkarların tanıdılması, həmin tarixi hadisələrin dünya ictimaiyyətinə düzgün, tarixi faktlarla çatdırılması, hadisələrə ilkin siyasi-hüquqi qiymətin verilməsi istiqamətində Ümummilli Liderin fəaliyyəti və imzası danılmazdır. Bir neçə gündən sonra 33-cü ildönümü qeyd ediləcək 20 Yanvar faciəsinin həqiqətlərinin dünyaya çatdırılması, əsl cinayətkarların ifşa edilməsi, hadisəyə ilkin siyasi-hüquqi qiymətin verilməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Yalnız Ümummilli Lider Heydər Əliyev həyatını təhlükəyə ataraq hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, qanlı faciənin fəsadlarını olduğu kimi çatdırmaq üçün dünya ictimaiyyəti qarşısında qəzəbli, cəsarətli və ifşaedici bəyanatla çıxış etdi. Siyasi iradə nümayiş etdirərək hadisənin əsl səbəbkarlarının kim olduğunu  və onların xalq qarşısında məsuliyyət daşıdığını bildirdi. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova Prezident İlham Əliyevin xüsusi Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətindən danışıb. C.Hüseynova qeyd edib ki, “Heydər Əliyev İli” hər bir qövlət qurumunun, o cümlədən mədəniyyətimizin inkişafına, qorunmasına xidmət edən muzeylərin Ulu Öndərin misilsiz xidmətləri qarşısında mənəvi borcunu qürurla yerinə yetirməsi ili olacaq. 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin dövlətçiliyimiz və xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi fəaliyyətinin hər anının daha da dərindən araşdırılması, tədqiq və təbliğ edilməsi istiqamətində daha geniş imkanların açılacağına töhfədir. Ulu Öndər təkcə Azərbaycanın inkişafı, tərəqqisi, çiçəklənməsi, müstəqilliyin xilası istiqamətində böyük işlər müəllifi olmadı, eyni zamanda tariximizin, keçmişimizin, milli-mənəvi yaddaşımızın yenidən bərpasında, müstəqillik yolunda, azadlıq mübarizəsində çəkdiyi məşəqqətlərin, qırğınların, faciələrin araşdırılması, yenidən xalqa, dünya ictimaiyyətinə tanıtdırılması, təbliğ edilməsi, ilkin siyasi-hüquqi qiymətin verilməsi istiqamətində işlərə öz əbədi imzasını atdı. Siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət olan  20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildi. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. 


Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısında xilaskarlıq missiyasından, Onun adı ilə bağlı tariximizə yazılan qızıl səhifələrdən söz açıb. Bildirib ki, “Heydər Əliyev İli” müstəqil dövlətimizin tarixində digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də yeni inkişaf, tərəqqi ili olacaq. Biz mədəniyyət işçiləri hər il olduğu kimi bu il də Ulu Öndərin adına layiq tədbirlərin keçirilməsi istiqamətində bir sıra yeniliklərə imza ataraq möhtəşəm tədbirlər keçirəcəyik.


Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova görkəmli dövlət xadimi, xalqın və müstəqilliyin xilaskarı Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Vurğulayıb ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi həm də Azərbaycanın uğurlarının dünyaya çatdırılması ili olacaq. “Heydər Əliyev İli” həm də bu gün Heydər Əliyev siyasətinin uğurlarını yaşayaraq, Onun siyasətinə sadiqliyin Zəfərinin ili olacaq. Eyni zamanda Heydər Əliyevin rəhbərliyi və imzası ilə keçdiyimiz şərəfli və məsuliyyətli müstəqillik və tərəqqi yoluna bu gün yeni əsrin yeni lideri ilə yeni və daha möhtəşəm qələbələrə doğru addımlamaq ili olacaq.

 

Qazax Rayon Mərkəzi Kitabxana Sisteminin Multimedia kitabxana filialının müdiri Rufina Namazova çıxış edərək 2023-cü ilin “Heydər Əliyev İli” kimi qeyd edilməsini Ümummilli Liderin əziz xatirəsinə böyük hörmət və ehtiramın təcəssümü olduğunu bildirib. Ulu Öndərin təşəbbüsü və göstərişi ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarın qəbul edilməsi, Ümummilli Lider Heydər Əliyevin dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəblərini və günahkarların araşdırılması ilə də məşğul olması, 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” adının təsis edilməsi, 1998 ci il 5 avqust Sərəncamına əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması Qanlı Yanvar hadisələrinin ilk siyasi-hüquqi qiymətini alması 20 Yanvar hadisələri ilə bağlı həqiqətlərin ifşa olunmasına xidmət edən fəaliyyətinin ən bariz nümunəsi idi.

Çıxışlarda ümumi fikir ifadə olunub ki, Ümummilli Liderin Azərbaycan və Azərbaycançılıq fəaliyyəti xalqımızın milli sərvətidir. Onun adı və imzası hər bir azərbaycanlının qəlbində əbədi işıq kimi şölələnir. Bu işığın ziyasında xalqımız bu gün yeni uğurlara, yeni qələbələrə imza atır. “Heydər Əliyev İli” ölkəmizdə Heydər Əliyev siyasətinin təntənəsi ilidir. 



Facebook-da paylaş