• Təqvim

  • Maraq



Qazaxda Ulu Öndərin anım günündə abidəsi və adını daşıyan mərkəz ziyarət olunub

 

Dahi şəxsiyyət Heydər Əliyev sayəsində Azərbaycan öz müstəqilliyinə nail olmuş, dünya dövlətləri sırasında öz mövqeyini qoruyub saxlaya bilmiş, üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürərək dövlətimizi dünyanın xəritəsindən silinmək təhlükəsindən, xaos və hərc-mərclikdən qurtarmışdır. Böyük düha sahibi Heydər Əliyev öz misilsiz xidmətləri ilə Azərbaycan xalqının və onun tarixinin ən qüdrətli şəxsiyyətinə çevrilmişdir. Heydər Əliyevin həyatı və fəaliyyəti nəhəng və qüdrətli məktəbdir. “Xalqa xidmət etmək üçün onu sevmək azdır” - deyirdi Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev. Çünki həqiqi vətənpərvərlik, millətsevərlik təkcə sözlərdən ibarət olmamalıdır. Heydər Əliyev xalqın tarixi fəaliyyətində, mənəvi-siyasi və ictimai həyatında misilsiz xidmətlər  göstərərək əsl xalq sevgisini dövlətə, torpağa bağlılığını təkcə sözdə deyil, əməldə də sübuta yetirdi. Gördüyü işlər, başladığı layihələr öz tarixi əhəmiyyəti ilə ölkənin həyatında, xalqın taleyində silinməz izlər buraxdı. Ən əsası milli köklərə, ana dilinə bağlı olan Heydər Əliyev milli ədəbiyyatımızın və mədəniyyətimizin qurucusu və himayədarı kimi milli mənəviyyat uğrunda mübarizə apardı. Ana dilinin dövlət dili kimi Konstitusiyaya salınması təşəbbüsünü təkidlə dəstəklədi. Bu xalqın mənəvi sərvəti olan ana dilimizin tarixində böyük qələbə idi. 

Xalqımız heç vaxt Ulu Öndərin xidmətlərini unutmayacaq, hər zaman öz böyük xilaskarını qədirbilənliklə yad edəcək. 

Dekabrın 12-də “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin, Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Qazax Rayon Statistika İdarəsinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin, Qazaxbəyli kənd Kitabxana filialının rəhbər və əməkdaşları, Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin direktoru və müəllimləri, “N” saylı Hərbi Hissənin əsgərləri Dahi şəxsiyyətin abidəsini ziyarət ediblər. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə Ulu Öndərə həsr edilmiş film izləyərək Onun mənalı ömrü, siyasi fəaliyyəti haqda mühazirələr dinləyiblər. 

Ümummilli Lider Heydər Əliyev siyasi lider kimi zirvələri fəth edib Azərbaycan tarixinin ayrılmaz hissəsinə çevrilib. Onun siyasi və dövlət xadimi kimi zəngin xatirəsi bütün azərbaycanlıların qəlbində daim yaşayacaq.




GOYEZEN.AZ



Facebook-da paylaş