Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsi və adını daşıyan mərkəz ziyarət edilib
Qazax Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar ziyarətlər davam edir.
Dekabrın 10-da “Socar Petroleum” QSC-nin 07 saylı Qazax Neft Terminalı bazasının, “Qazax Avtovağzal” ASC-nin rəhbər və əməkdaşları, Qazax şəhər Mehdi Hüseyn adına məktəb-liseyin pedaqoji heyəti və fərdi ziyarətçilər Ulu Öndərin abidəsini və adını daşıyan Mərkəzi ziyarət edib, dahi insanın mənalı ömrünün səhifələrini əks etdirən filmlərə baxıb, mühazirələr dinləməklə dərin hörmət və ehtiram nümayiş etdiriblər.
Ziyarətlər zamanı rayon ictimaiyyətinə bildirilib ki, hər il Ulu Öndərin əbədiyyətə qovuşduğu günün ildönümündə insanlar Ümummilli Liderin ölməz xatirəsini sonsuz ehtiramla və qədirbilənliklə yad edirlər. Onun müqəddəs xatirəsi xalqımızın həmrəylik və milli qürur rəmzidir. İllər keçsə də dahi insanın “Azərbaycan dünyaya günəş kimi doğacaq” idealı həqiqətə çevrilir. Bu gün ölkəmiz müstəqil siyasət yürüdən, heç kəsdən asılı olmayan, öz siyasi dəsti-xətti olan, dövlətçilik siması və inkişaf yolu olan güclü bir dövlətdir.
GOYEZEN.AZ
Facebook-da paylaş