• Təqvim

  • Maraq



Qazaxda şəhid ataları Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsini və adını daşıyan mərkəzi ziyarət ediblər


Dekabrın 10-da sözü, ideyaları, xidmətləri və missiyası bugünkü müasir, müstəqil Azərbaycan dövlətinin və xalqının tərcümanı olan fenomenal şəxsiyyət Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhid ataları Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini böyük hörmət və ehtiramla anıblar. 

Sonra Dahi şəxsiyyətin adını daşıyan Mərkəzə gələrək xalqımızın böyük oğlu Heydər Əliiyevin həyatının və siyasi fəaliyyətinin müəyyən dövrlərini əks etdirən filmə baxıb, mühazirələr dinləyiblər. 


Eyni zamanda "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev Ulu Öndərə və Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlara Allahdan rəhmət diləyib, ziyarətçilər adından öz ürək sözlərini bildirib. Qeyd edib ki, torpaqlarımızın bütövlüyü uğrunda yüzlərlə qazaxlı gənc qəhrəmanlıqla döyüşərək tarixi qələbəyə öz qanları ilə imza atdılar. Tariximizə qızıl hərflərlə yazılan şəhidlərimizin və müstəqilliyimizin banisi Heydər Əliyevin xatirəsi hər zaman bizim üçün əzizdir və onların ruhu daim hörmət və ehtiramla yad ediləcək. Həmçinin, belə vətənpərvər övladlar, şücaətli, mərd igidlər yetişdirdikləri üçün şəhid atalarına minnətdarlıq ifadə edib. Hər zaman onlara göstərilən dövlət qayğısından və rayon rəhbərliyinin xüsusi diqqətindən, şəhid ailələri ilə mütəmadi görüşlərindən, onları narahat edən məsələləri daim diqqətdə saxladığından, onların qayğıları ilə maraqlandığından, Şəhidlər xiyabanında aparılan abadlıq-quruculuq işlərindən, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən, xatirə komplekslərindən danışıb. Onlara göstərilən həssas münasibətin təqdirəlayiq olduğunu vurğulayıb və ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. 

Mərkəzin direktoru Ceyhunə Hüseynova öz növbəsində qazilərə, veteranlara və şəhid atalarına belə bir həssas məqamda Ulu Öndərin xatirəsinə göstərdikləri böyük hörmət və ehtiram üçün xüsusi minnətdarlıq ifadə edib. 

GOYEZEN.AZ



Facebook-da paylaş