• Təqvim

  • Maraq



Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsi və adını daşıyan mərkəz ziyarət olunub


12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürən Heydər Əliyev zəngin siyasi təcrübəsi, uzaqgörənliyi, dəyanəti və rəşadəti sayəsində özünün şah əsəri olan Azərbaycanı yaratdı. Və müasir tariximizin bütöv bir qərinəsi Onun şərəfli adı və imzası ilə sıx bağlıdır. Nə qədər ki, xalqımız var, nə qədər ki, Azərbaycan var - Heydər Əliyev daim böyük hörmət və ehtiramla xatırlanacaq. Azərbaycan xalqının əsrlərdən bəri formalaşmış milli dövlətçilik idealını gerçəyə çevirən, bütöv bir millətin etnik-siyasi potensialını dünyaya nümayiş etdirən ən böyük Azərbaycanlı Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təbliği məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş ziyarətlər, silsilə tədbirlər davam edir. 

Dekabrın 7-də Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin, Qazax Müalicə Diaqnostika Mərkəzinin, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsini və adını daşıyan mərkəzi ziyarət ediblər. 

Ziyarətçilər əvvəlcə dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb əziz xatirəsini ehtiramla anıblar. Azərbaycanın dövlətçilik salnaməsində silinməz izlər qoymuş Heydər Əliyevin zəngin və çoxşaxəli irsinihəyat və siyasi fəaliyyətini təbliğ edən muzeyi ekskursiya ediblər. Azərbaycanın hərtərəfli tərəqqisi yolunda tarixi xidmətlər göstərən fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış olublar. Ekspozisiya zalında yerləşdirilmiş monitorda ziyarətçilərə Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış film nümayiş etdirilib. 

Bütün bu ziyarətlər zamanı bildirilir ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti Azərbaycanı dərin siyasi, iqtisadi, sosial və psixoloji böhrandan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün zəmin yaratdı. Bu tarixi vəzifənin ölkəmiz və xalqımız üçün çox böyük əhəmiyyəti var idi. Bu gün Ümummilli Lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan möhkəm bünövrə üzərində daha da zirvələrə ucalmaqdadır. Bu zirvələrin fatehi isə yeni Azərbaycanın yeni lideri İlham Əliyevdir.

GOYEZEN.AZ



Facebook-da paylaş