Qazaxda 5 May - Xalçaçı Günü qeyd olunub
Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu,
fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan
Azərbaycan xalça sənətinin qədim tarixi var. Ölkəmizdə yüz illərdir xalça
toxunsa da, xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb.
Artıq beş ildir ki, "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün -
mayın 5-i "Xalçaçı günü” kimi qeyd olunur. xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə
- milli dəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində
qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə
bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir. Əgər müstəqil Azərbaycan olmasa idi,
nə milli sənət növümüz olan xalçaçılıq belə geniş yayılardı, nə də Xalçaçı Günü
qeyd olunardı. Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident
İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir. Ölkə
rəhbərinin müvafiq sərəncamları ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
yaradılması, "Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, respublikamızın
şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə
verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür. Milli mədəniyyətimizin inkişafında böyük rolu olan
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz
dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında,
onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin
beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir. Onun
təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi
Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq
sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil
edilib. Mayın
5-də Qazax Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları '"Azərxalça" ASC-nin
Qazax filialında Xalçaçı Günü münasibətilə konsert proqramı təşkil ediblər. Tədbiri
giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova açaraq xalça sənətinin
tarixinin çox qədim köklərə malik olduğundan danışıb. O, qeyd edib ki,
Qarabağ, Naxçıvan, Qazax, Şamaxı xalçaları öz rəngarəng naxışları və gözəllikləri
ilə seçilir. Azərbaycan xalçaları YUNESKO-nun mədəni-irs siyahısına daxil
edilmişdir. "Azərxalça" ASC-nin Qazax filialının
direktoru Raya Eyyubova çıxış edərək xalçaçılıq sənətinin nə qədər çətin və şərəfli
peşə olmasından danışıb. O, qədim xalçaçılıq sənətinə verdiyi dəyərə və yüksək qiymətə görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident
Mehriban Əliyevaya öz minnətdarlığını bildirib. Daha
sonra Qazax Rayon Mədəniyyət Mərkəzinin
"Göyəzən" ansamblının ifasında şən və oynaq mahnılar səsləndirilib, bu
mahnıların sədaları altında xalçaçılar rəqs ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş