• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “Heydər babanın nəvələriyik” adlı həvəskar birliyin növbəti məşğələsi keçirilib


Martın 3-də Qazax Rayon Heydər Əliyev Mərkəzində "Heydər babanın nəvələriyik” adlı həvəskar birliyin növbəti məşğələsi keçirilib.

Məşğələnin bugünkü mövzusu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Qazax rayonuna tarixi səfərlərinə həsr edilib. Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyev 3 dəfə Qazax rayonuna səfər etmişdir. Hər səfər Qazaxın və qazaxlıların taleyində böyük əhəmiyyətə malik olmuş, rayonda bir sıra infrastruktur obyektlərin əsası qoyulmuş, rayon ziyalılarının və qabaqcıl zəhmətkeşlərin yaddaşında Ulu Öndərlə görüşdən olan xatirələr dərin izlər buraxmışdır.

Müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin rayonumuza səfərləri haqqında şagirdlərə geniş məlumat verilib, həmin səfəri əks etdirən stendlərə baxış keçirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Daha sonra uşaqlar "Heydər babanın nəvələriyik” mahnısını oxuyublar. Sonda şagirdlərə ev tapşırıqları verilib.








 

GOYEZEN.AZ



Facebook-da paylaş