• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində yaradılmış “Heydər babanın nəvələriyik!” adlı həvəskar birliyin məşğələləri davam etdirilir


Heydər Əliyev Mərkəzlərinin Nümunəvi Əsasnaməsinə əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzində yaradılmış "Heydər babanın nəvələriyik!” adlı həvəskar birliyin məşğələləri davam etdirilir.

Növbəti məşğələlər 10 və 17 fevral 2022-ci il tarixlərində keçirilib. Məşğələlərin mövzusu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətimizin inkişafı, tərəqqisi uğrunda gördüyü işlərə həsr olunub. Əsas məqsəd isə xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq məfkurəsini gələcək nəsillərə təbliğ etmək, onlarda öz tarixi keçmişinə, adət-ənənələrinə, milli mədəniyyətinə, ədəbiyyatına, musiqisinə hörmət və sevgi hissini yaratmaqdır.

Hər məşğələ bir mövzuya həsr edilir, mövzu haqqında şagirdlərə geniş məlumat verilir, mövzu ətrafında disskusiya aparılır, şagirdlərin fikirləri öyrənilir, onlara mövzu haqqında araşdırma aparılması tövsiyə edilir. Bu cür məşğələlərin keçirilməsi şagirdlərdə böyük maraq yaradır, şagirdlər həvəslə məşğələyə davam edirlər.

Mərkəz tərəfindən təşkil edilən bu məşğələlərin əsas məqsədlərindən biri də uşaqların asudə vaxtının səmərəli təşkili, Ümummilli Liderin Azərbaycanın bu günü və gələcəyi naminə həyata keçir­diyi siyasətin böyüməkdə olan nəsillərə dərindən təbliği və onlarda Vətənə, xalqına, millətinə, tarixinə hörməti, sevgini təlqin etməkdir.






 

GOYEZEN.AZ



Facebook-da paylaş