Ulu Öndər Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə növbəti mühazirə Canalı kənd tam orta məktəbin şagirdləri üçün oxunub
Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2022-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun ümumtəhsil məktəblərində şagirdlərə mühazirələrin oxunması davam edir.
Respublika Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən 2022-ci ili "Şuşa İli” elan etməsi ilə əlaqədar və Azərbayançılıq məfkurəsinin banisi, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə növbəti mühazirə oxunub.
Yanvarın 21-də Qazax Rayon Canalı kənd tam orta məktəbin 7-ci sinif şagirdlərinin iştirakı ilə "Müasir və müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” başlığı altında reallaşan mühazirədə dahi şəxsiyyətin dövlətimiz xalqımız naminə misilsiz xidmətlərindən söhbət açılıb.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan danışaraq qeyd edib ki, Azərbaycan tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka sahibi, müdrik dövlət xadimi Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Məhz Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə, milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan siyasəti və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin sayəsində Azərbaycan dünya miqyasında söz və nüfuz sahibinə çevrilib. S.Qocayeva həmçininŞuşanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, dahi şəxsiyyət Heydər Əliyevin Şuşanın, ümumilikdə Qarabağın inkişafı, tərəqqisi uğrunda misilsiz xidmətləri, mənfur ermənilərlə apardığı mübarizələr, Azərbaycana rəhbərliyinin birinci dövründə dəfələrlə Qarabağa, Şuşaya etdiyi səfərlər, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi kimi bərpa edilməsinin zəruriliyi istiqamətində gördüyü əhəmiyyətli işlərdən söz açıb.
Bu gün şahidi olduğumuz tarixi proseslərin əsasının hələ o dönəmlərdə qoyulmasından, düşmən işğalından azad edildikdən sonra həmin ərazilərdə, o cümlədən Şuşa şəhərində aparılan işlərdən, Şuşanın Mədəniyyət paytaxtı elan edilməsindən, 32 ildən sonra yenidən keçirilən Xarı Bülbül festivalından, Vaqif Poeziya günlərindən, Vaqifin bərpa edilən məqbərəsindən, Şuşa Rəsm Qalereyasından, Şuşa Xalça Muzeyindən, yeni salınacaq otellərdən və s. geniş danışıb. Şuşanın tarixini, coğrafiyasını, mədəniyyətini, təbiətini özündə əks etdirən kitablarla, şəkillərlə və digər əyani vasitələrlə Şuşa şəhəri, Ulu öndər Heydər Əliyevin və Onun siyasətini uğurla davam etdirən, Respublika Prezidenti İlham Əliyevin Şuşanı böyük bir tarixi memarlıq abidəsinə çevirmək istiqamətində gördüyü əhəmiyyətli işlər haqqında şagirdləri maarifləndirib.
GOYEZEN.AZ
Facebook-da paylaş