• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində yaradılan “Heydər babanın nəvələriyik” adlı ilk həvəskar birliyin növbəti məşğələsi keçirilib


Ötən yazımızda qeyd etdiyimiz kimi, Heydər Əliyev Mərkəzlərinin Nümunəvi Əsasnaməsinə əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzində "Heydər babanın nəvələriyik” adlı ilk həvəskar birlik yaradılıb.

Həvəskar birliyə rayonun ümumtəhsil məktəblərində təhsil alan 7-10 yaş qrupunda olan şagirdlər cəlb olunurlar.

İlk qrup Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin şagirdləri olub.  Birlik üzvlərinə həftədə bir dəfə olmaqla bir saat müddətində məşğələlər təşkil ediləcəkdir.

Fevralın 3-də həvəskar birliyin növbəti məşğələsi keçirilib. Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi Aynur Mahmudovanın rəhbərliyi ilə 3-cü sinif şagirdlərindən ibarət birlik üzvlərinə keçirilən ilk dərsin mövzusu Heydər Əliyevin həyatı, onun uşaqlıq, məktəb illəri, təhsili və ailəsi haqqında biliklər olub.

Məşğələdə şagirdlər həmçinin xalqımızın böyük oğlu Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər. Şagirdlər arasında mövzuya dair sual-cavab aparılıb.

Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən belə məşğələlərin keçirilməsində əsas məqsəd Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ulu Öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılması və müasir tariximizin şagirdlərə daha dərindən öyrədilməsidir.

Məşğələlər çərçivəsində hər bir mövzuya müvafiq olaraq Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunur. Videoçarxlar Mərkəzin əməkdaşları tərəfindən hazırlanır.

Ulu öndər Heydər Əliyevin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsində bu cür həvəskar dərnəklər böyük əhəmiyyətə malikdir.

Məlumat üçün onu da qeyd edək ki, məşğələlərdə şagirdlərə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə müxtəlif intellektual oyunlar, müsabiqələr, yarışlar təşkil ediləcək, rəsm, əl işləri də öyrədiləcəkdir. Bütün bunlar gələcəyimiz olan uşaqların daxili aləminin inkişaf etdirilməsinə, onlarda ümumi mədəniyyətin, yeni dəyərlərin formalaşmasına imkan yaradacaq, uşaqların sosiallaşmasına, öz həyat fəaliyyətlərini müstəqil təşkil etməklərinə və öz yaşıdları ilə  ünsiyyət qurmalarına şərait yaradacaqdır.

7-10 yaş qrupundan olan digər şagirdlər də bu birliyin üzvü ola bilər. Bunun üçün Qazax Rayon Heydər Əliyev Mərkəzinə müraciət edə bilərlər.















GOYEZEN.AZ



Facebook-da paylaş