Qazax Rayon Heydər Əliyev Mərkəzində “Heydər babanın nəvələriyik” adlı ilk həvəskar birlik yaradılıb
Heydər Əliyev Mərkəzlərinin Nümunəvi Əsasnaməsinə
əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi irsinin təbliği
məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzində "Heydər babanın nəvələriyik” adlı
həvəskar birlik yaradılıb. Həvəskar birliyə rayonun ümumtəhsil məktəblərində təhsil alan 7-10
yaş qrupunda olan şagirdlər cəlb olunublar. İlk qrup Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin
şagirdləri olub. Birlik üzvlərinə həftədə
bir dəfə olmaqla bir saat müddətində məşğələlər təşkil ediləcəkdir. Məşğələlərdə birlik üzvlərinə Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti,
dövlətimizin müstəqillik tarixi, tarixi günlər və müasir tariximiz öyrədiləcəkdir.
Bundan əlavə, şagirdlərə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə müxtəlif
intellektual oyunlar, müsabiqələr, yarışlar təşkil ediləcək, rəsm, əl işləri də
öyrədiləcəkdir. Bütün bunlar gələcəyimiz olan uşaqların daxili aləminin inkişaf
etdirilməsinə, onlarda ümumi mədəniyyətin, yeni dəyərlərin formalaşmasına imkan
yaradacaq, uşaqların sosiallaşmasına, öz həyat fəaliyyətlərini müstəqil təşkil
etməklərinə və öz yaşıdları ilə ünsiyyət
qurmalarına şərait yaradacaqdır. 31 yanvarda Birliyin ilk məşğələsi keçirilib. Tanışlıq xarakterli
görüşdə şagirdlərin ümumi bilik və bacarıq səviyyəsi yoxlanılıb, ilkin mərhələ
üçün tapşırıqlar verilib. 7-10 yaş qrupundan olan digər şagirdlər də bu birliyin üzvü ola bilər.
Bunun üçün Qazax Rayon Heydər Əliyev Mərkəzinə müraciət edə bilərlər.
GOYEZEN.AZ
Facebook-da paylaş