Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzində “Heydər babanın nəvələriyik” adlı ilk həvəskar birlik yaradılıb
Qazax Rayon Heydər Əliyev Mərkəzində “Heydər babanın nəvələriyik” adlı ilk həvəskar birlik yaradılıb31-01-2022, 15:24 |
Heydər Əliyev Mərkəzlərinin Nümunəvi Əsasnaməsinə əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzində "Heydər babanın nəvələriyik” adlı həvəskar birlik yaradılıb. Həvəskar birliyə rayonun ümumtəhsil məktəblərində təhsil alan 7-10 yaş qrupunda olan şagirdlər cəlb olunublar. İlk qrup Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin şagirdləri olub. Birlik üzvlərinə həftədə bir dəfə olmaqla bir saat müddətində məşğələlər təşkil ediləcəkdir. Məşğələlərdə birlik üzvlərinə Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, dövlətimizin müstəqillik tarixi, tarixi günlər və müasir tariximiz öyrədiləcəkdir. Bundan əlavə, şagirdlərə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə müxtəlif intellektual oyunlar, müsabiqələr, yarışlar təşkil ediləcək, rəsm, əl işləri də öyrədiləcəkdir. Bütün bunlar gələcəyimiz olan uşaqların daxili aləminin inkişaf etdirilməsinə, onlarda ümumi mədəniyyətin, yeni dəyərlərin formalaşmasına imkan yaradacaq, uşaqların sosiallaşmasına, öz həyat fəaliyyətlərini müstəqil təşkil etməklərinə və öz yaşıdları ilə ünsiyyət qurmalarına şərait yaradacaqdır. 31 yanvarda Birliyin ilk məşğələsi keçirilib. Tanışlıq xarakterli görüşdə şagirdlərin ümumi bilik və bacarıq səviyyəsi yoxlanılıb, ilkin mərhələ üçün tapşırıqlar verilib. 7-10 yaş qrupundan olan digər şagirdlər də bu birliyin üzvü ola bilər. Bunun üçün Qazax Rayon Heydər Əliyev Mərkəzinə müraciət edə bilərlər.
GOYEZEN.AZ Geri qayıt |