“Həmrəyliyin qələbəsi” adlı tədbir keçirilib
Dekabrın
29-da Qazax Rayon Heydər Əliyev Mərkəzində 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Həmrəyliyin
qələbəsi” adlı tədbir keçirilib.
Tədbirdə
Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin müəllim və
şagirdləri iştirak ediblər.
Mərkəzin
direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq şagirdləri bayram münasibətilə təbrik edib, səmimi ürək sözlərini və
xoş arzularını çatdırıb. Şagirdlərə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü
ilə təsis edilən və artıq ənənəvi bayramlarımızdan biri olan Dünya
Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışıb. Qeyd edib ki, 31 dekabr tarixi Azərbaycan xalqının birlik, bərabərlik nümayiş
etdirdiyi gündür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ümummilli Lider Heydər
Əliyevin adı ilə bağlıdır. 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın
dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar
qəbul edilmişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli
birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə
bağlılıq hisslərini özündə təcəssüm etdirir. Artıqiki ildir ki, dünya azərbaycanlıları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü son dərəcə böyük ruh
yüksəkliyi ilə qarşılayırlar. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əzəli tarixi torpağı olan
Qarabağın düşmən işğalından azad edilməsi, torpaqlarımızın ərazi bütövlüyünün
bərpa olunması xalqımızı 30 il davam edən məğlubiyyətdən qurtardı və onu qalib
xalqa çevirib. Və Azərbaycan xalqı bundan sonra bütün əlamətdar bayramlarını
qalib ölkənin vətəndaşları olaraq qeyd edəcəklər. Bu qürur dolu anları bizlərə
bəxş edən Ali Baş Komandana, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını
itirən qazilərimizə ömür boyu borclu və minnətdarıq.
Sonra
şagirdlər Vətənə, həmrəyliyə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla
çıxış ediblər.
Tədbir
şagirdlərə bayram sovqatlarının verilməsi ilə sona çatıb.
GOYEZEN.AZ
Facebook-da paylaş