Əsas Səhifə > Mədəniyyət > “Həmrəyliyin qələbəsi” adlı tədbir keçirilib

“Həmrəyliyin qələbəsi” adlı tədbir keçirilib


29-12-2021, 20:09


Dekabrın 29-da Qazax Rayon Heydər Əliyev Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Həmrəyliyin qələbəsi” adlı tədbir keçirilib.

Tədbirdə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq şagirdləri bayram münasibətilə təbrik edib, səmimi ürək sözlərini və xoş arzularını çatdırıb. Şagirdlərə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən və artıq ənənəvi bayramlarımızdan biri olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən  danışıb. Qeyd edib ki, 31 dekabr tarixi Azərbaycan xalqının birlik, bərabərlik nümayiş etdirdiyi gündür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Artıqiki ildir ki, dünya azərbaycanlıları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü son dərəcə böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın düşmən işğalından azad edilməsi, torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması xalqımızı 30 il davam edən məğlubiyyətdən qurtardı və onu qalib xalqa çevirib. Və Azərbaycan xalqı bundan sonra bütün əlamətdar bayramlarını qalib ölkənin vətəndaşları olaraq qeyd edəcəklər. Bu qürur dolu anları bizlərə bəxş edən Ali Baş Komandana, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə ömür boyu borclu və minnətdarıq.

Sonra şagirdlər Vətənə, həmrəyliyə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

Tədbir şagirdlərə bayram sovqatlarının verilməsi ilə sona çatıb.




 

GOYEZEN.AZ


Geri qayıt