• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Novruz sevincləri” adlı onlayn tədbir keçirilib


Martın 17-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə xalqımızın milli bayramı olan Novruz bayramı ilə əlaqədar "Novruz sevincləri” başlıqlı onlayn tədbir keçirilib.

Zoom platforması üzərindən təşkil olunmuş onlayn tədbirdə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova və 3-cü sinif şagirdləri iştirak ediblər.

Onlayn tədbiri Mərkəzin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə açaraq məktəbliləri Novruz bayramı münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. C.Hüseynova bu il ölkəmizdə keçirilən Novruz bayramının əvvəlki illərdən fərqləndiyini, bu il Qarabağımızda, Şuşada, işğaldan azad edilmiş digər ərazilərimizdə Novruz tonqallarının yandırıldığını, bayram sevincinin o torpaqlarımızda da duyulduğunu qeyd edib. Bu il Qarabağda yaz fəslinin, bahar ətrinin bir başqa cür olduğunu, bu il Novruzun bütöv, Qarabağlı Azərbaycanda qeyd edildiyini vurğulayıb. Bütün bunlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət və müzəffər ordumuzun şücaəti sayəsində nail olduğumuzu qeyd edib. Şanlı Qələbəni, böyük Zəfəri xalqımıza yaşadan Prezidentimizə və müzəffər ordumuza təşəkkür etdiyimizi bildirib.

Sonra Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Məktəblilərin bayram kompozisiyaları nümayiş etdirilib.


Şagirdlərdən Ömər Zeynallı, Zəbanə Alıyeva, Amin Kəfili, Dursun Allahverənov, Pəhləvan Abbasov, Çingiz Mustafayev, Ömər Xasməmmədov Novruza, Qələbəmizə həsr olunmuş şeirlər söyləyiblər.

Tədbirin sonunda Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri Ayan Vəlizadə və Bahar Vəlizadə Qazax Rayon Heydər Əliyev Mərkəzində qurulmuş "Novruz” adlı bədii kompozisiyanı təqdim ediblər.










GOYEZEN.AZ



Facebook-da paylaş