• Təqvim

  • Maraq



“Heydər babanın nəvələriyik” adlı həvəskar birliyin növbəti məşğələsi Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilib


Fevralın 24-də Qazax Rayon Heydər Əliyev Mərkəzində yaradılmış "Heydər babanın nəvələriyik” adlı həvəskar birliyin növbəti məşğələsi keçirilib.

Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin III sinif şagirdləri və sinif müəllimi Aynur Mahmudovanın iştirakı ilə keçirilən məşğələ Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilib.

Şagirdlərə Azərbaycan tarixinin səhifələrinə azərbaycanlılara qarşı erməni silahlı birləşmələrinin törətdikləri qanlı soyqırımı aktı kimi daxil olmuş Xocalı faciəsi haqqında geniş məlumat verilib. Bildirilib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildi.

Sonra Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən "Xocalı soyqırımı - 30” adlı film nümayiş etdirilib.

Sonda dərnək üzvlərinin Xocalı faciəsinə həsr etdikləri rəsmləri və kiçik məqalələrinə baxış keçirilib. Şagirdlər Xocalı haqqında ədəbi-bədii kompozisiyalarını təqdim ediblər.











 

GOYEZEN.AZ



Facebook-da paylaş