• Təqvim

  • Unutma

  • Maraq



Həkimlər Xocalı soyqırımından danışıb

Həkimlər Xocalı soyqırımından danışıb
Qazax Müalicə Diaqnostika Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Mərkəzin həkimləri və tibb bacıları iştirak edib.

Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışıb. Xocalı soyqırımının tanıdılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunub, əsl həqiqət dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılıb.

“Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl tədbirdə Xocalı soyqırımından söz açaraq ermənilərin Qazax rayonunda da soyqırım törətdiklərini qeyd edib. Bildirib ki, rayonun Bağanıs Ayrım kəndində də düşmənlər tərəfindən belə bir qanlı cinayət törədilmişdir. 1990-cı il martın 23-dən 24-nə keçən gecə içərisində 39 günlük körpə olmaqla 6 nəfər dinc sakin və 1 polis işçisi qətlə yetirilmiş və yandırılmış, kənddəki bütün evlərə od vurulmuşdur.

Mərkəzin ilk həmkarlar təşkilatının sədri Arifə Mirzəliyeva, əməkdaşlardan Sara Mustafayeva, Nizami Məmmədov və başqaları öz çıxışlarında Xocalı soyqırımının dəhşətlərindən danışıblar.

Həkimlər Xocalı soyqırımından danışıb
Həkimlər Xocalı soyqırımından danışıb
Həkimlər Xocalı soyqırımından danışıb
GOYEZEN.AZ


Facebook-da paylaş