• Təqvim

  • Maraq



Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin şagirdləri üçün Ulu Öndər Heydər Əliyevin dövlətçilik məfkurəsindən bəhs edən mühazirə oxunub


Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2022-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun ümumtəhsil məktəblərində şagirdlərə mühazirələrin oxunması davam edir.

Fevralın 9-da Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdlərinə növbəti mühazirə oxunub. ”Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti bu gün öz təsdiqini tapmaqdadır” başlığı altında reallaşan mühazirədə dahi şəxsiyyətin dövlətimiz, xalqımız naminə misilsiz xidmətlərindən söz açılıb. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanmış Ulu Öndər Heydər Əliyevin həyatı və zəngin siyasi fəaliyyətindən danışıb. Qeyd edib ki, 1993-cü ilin ikinci yarısında Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi, ölkəmizin milli mənafeyinin qorunması Azərbaycanda yeni dövrün başlanğıcı oldu. Yeni siyasi kursu həyata keçirmək üçün isə dinc şərait təmin edilərək 1994-cü ilin mayında atəşkəsə nail olundu, ölkə daxilində sabitlik yaradılması yolunda addımlar atıldı və Heydər Əliyevin xarici siyasətinin əsas hissəsində Ermənistan münaqişəsinin dinc yolla nizamlamaq dayandı. Planlı və düşünülmüş şəkildə ərazi iddiası və hərbi təcavüz məsələlərini beynəlxalq aləmə çıxardı, nüfuzlu beynəlxalq təşkilatlara Azərbaycan həqiqətlərini çatdırdı, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırım və təcavüzkarlıq siyasətinin əsl mahiyyətini açıqladı və ən əsası bu hadisələrə ilk hüquqi siyasi qiyməti verdi. Ulu Öndər özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq 2003-cü ilədək zəngin siyasi fəaliyyət göstərdi və bu məsələnin tənzimlənməsi üçün beynəlxalq hüquqi baza yaratdı. 2003-cü ildə Ulu Öndərin bütün ömrü boyu fədakarlıqla xidmət etdiyi idarəçilik məktəbinin ideyalarını, yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir inkişaf dövrü başladı. Son 18 ildə sosial-iqtisadi, mədəni-mənəvi sahədə misilsiz islahatlar, hərbi strateji inkişaf, həmçinin ölkəmizin ərazi bütövlüyünün sülh və danışıqlar yolu ilə yanaşı, hərbi vasitələrlə bərpa edilməsinin də mümkünlüyünü bəyan etdi. 18 illik müstəqil, qətiyyətli siyasət Azərbaycanı Zəfərə doğru apardı.

 

GOYEZEN.AZ



Facebook-da paylaş