• Təqvim

  • Unutma

  • Maraq



”Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda keçirilən “Açıq dərs”lərə yenidən start verilib


Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasəti və Azərbaycançılıq məfkurəsinin təbliği məqsədilə məktəblilər arasında keçirilən "Açıq dərs”lər davam etdirilir.

Növbəti "Açıq dərs” yanvarın 7-də Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin 7-ci sinif şagirdləri üçün təşkil olunub.

"Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda keçirilən dərsdə Ulu Öndərin həyat və fəaliyyətindən ətraflı bəhs edilib. Dərsdə Ümummilli Liderin şərəfli ömür yolundan, dahi şəxsiyyətinzəngin dövlətçilik təcrübəsi sayəsində mühüm tarixi nailiyyətlərindən danışılıb.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva bildirib ki,  Azərbaycan bugünkü müstəqilliyinə nail olmaq və müstəqilliyini qoruyub saxlamaq, əbədi və dönməz etmək üçün çətin və keşməkeşli tarixi bir yoldan keçmişdir. Heydər Əliyevin öz xalqını canından əziz sevməsi və müdrikliyi, əzəməti sayəsində Azərbaycanın XX əsrdə ikinci dəfə nail olduğu müstəqilliyini qoruyub saxlaya bildi, daha da inkişaf etdirərək bugünkü müasir, müstəqil və bütöv Azərbaycana çevirdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan bu gün öz siyasi dəst- xətti, dövlətçilik siyasəti, inkişaf yolu olan bir dövlətdir. Prezident İlham Əliyevin apardığı  siyasət sayəsində Azərbaycanda dövlət idarəçiliyinin özünəməxsus mükəmməl sistemi formalaşdırılmış, bu sistemin xalqın mənafeyinə uyğun fəaliyyəti təmin edilmişdir. Azərbaycan bu gün Ulu Öndər Heydər Əliyevin irsinin layiqli davamçısı kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir tarixinin şanlı səhifəsini yazır.


 

GOYEZEN.AZ



Facebook-da paylaş