“Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda növbəti “Açıq dərs” keçirilib
Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə məktəblilər arasında keçirilən "Açıq dərs”lər davam etdirilir
Növbəti "Açıq dərs” noyabrın 2-də Namiq Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri üçün təşkil olunub.
"Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda keçirilən dərsdə Ulu Öndərin həyat və fəaliyyətindən ətraflı bəhs edilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva tərəfindən aparılan dərsdə bildirilib ki, Ümummilli Lider Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, dövlətin inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın ən mürəkkəb, gərgin vəziyyətində xalqına dayaq olmuş, ölkəni üzləşdiyi çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki regionun, hətta dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilib. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimizin son 18 ildə əldə etdiyi nailiyyətlər sübut etdi ki, dahi siyasətçi və böyük dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün uğurla davam etdirilir. Ölkəmiz, xalqımız cəmiyyətin hər sahəsində bu siyasətin uğurlarını hiss edir, yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədə Azərbaycan xalqı, dövləti və ordusu tariximizdə yeni səhifə yazdı.
"Açıq dərs”də sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş