• Təqvim

  • Maraq



"Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda keçirilən dərsdə Ulu Öndərin həyat və fəaliyyətindən ətraflı bəhs edilib


Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasəti və Azərbaycançılıq məfkurəsinin təbliği məqsədilə məktəblilər arasında keçirilən "Açıq dərs”lər davam etdirilir.

Növbəti "Açıq dərs” noyabrın 29-da Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 9-cu sinif şagirdləri üçün təşkil olunub.

"Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda keçirilən dərsdə Ulu Öndərin həyat və fəaliyyətindən ətraflı bəhs edilib. Dərsdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən, Azərbaycanda sabitlik və inkişafın əldə olunmasındakı əvəzsiz rolundan danışılıb.

 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva şagirdlərə bildirib ki, Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev böyük idarəçilik təcrübəsi və liderlik qabiliyyəti ilə heç bir təhlükəyə baxmadan Azərbaycanın çətin anlarında misilsiz fədakarlıq göstərərək ölkəmizi bəlalardan qurtarmağı bacardı və nəticədə güclü, yenilməz Azərbaycan dövlətini yaratdı. Onun siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində əsl dövlət idarəçiliyi məktəbinə çevrildi. Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də bütün mənalı həyatını həsr etdiyi Azərbaycanı özündən sonra yaşada biləcək siyasi lider yetişdirməsidir. Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan İlham Əliyevin şəxsində dahi siyasətçi Heydər Əliyevin siyasi kursu ilə idarəçiliyini davam etdirdi. Heydər Əliyev siyasi kursunun davam etdirilməsi tarixi reallıq idi. Eyni zamanda çətin və şərəfli missiya idi. İlham Əliyev bu missiyanın öhdəsindən layiqincə gələrək, qətiyyətli və məqsədyönlü siyasi fəaliyyəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.

GOYEZEN.AZ



Facebook-da paylaş