• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na təşkil olunan virtual ekskursiya bu gün də davam edib


Qalib ölkənin vətəndaşı olan xalqımız bir neçə gün sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfəri qeyd edəcək. Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən qeyd olunan həmin gün xalqımızın yaddaşına bir daha əbədi həkk olunacaq. 8 noyabr həm mədəniyyət paytaxtımız olan, Qarabağın baş tacı sayılan Şuşanın azad olunduğu gün kimi, həm də hər il Zəfər Günü kimi qeyd ediləcək.

8 Noyabr – Zəfər Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq Qazax Rayon Heydər Əliyev Mərkəzində start verilən "Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyanın təşkili davam etdirilir.

Bugünkü ekskursiyanın iştirakçıları Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin 7-8-ci sinif şagirdləri olub.

İştirakçılar əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olub, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat əldə ediblər.  


Sonra Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş monitorda "Hərbi Qənimətlər Parkı”na virtual ekskursiya təşkil edilib.

 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva ekskursiyanın əhəmiyyətindən danışaraq qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgərləri 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanı məğlub edərək torpaqlarımızı düşməndən təmizlədi və Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Azərbaycan Ordusu düşmənin 30 il ərzində qurduğu istehkamlarını darmadağın edərək böyük zəfərə imza atdı. Döyüşlərdə bütün dünya Azərbaycan dövlətinin, xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini gördü. Tarixi Zəfərimizin əbədiləşdirilməsi, gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi Qənimətlər Parkı” salınıb. "Hərbi Qənimətlər Parkı” Azərbaycanın qüdrətinin göstəricisidir.Qarabağ uğrunda gedən döyüşlərdə düşməndən əldə edilən hərbi texnikalar, hərbi maşınlar, eləcə də Ermənistana məxsus silah-sursat bu parkda nümayiş olunur. "Hərbi Qənimətlər Parkı” Azərbaycan tarixinin şanlı səhifələrini əks etdirir. Hər kəsin ziyarət etdiyi həmin park Azərbaycan Ordusunun qüdrətinin göstəricisi, eyni zamanda erməni işğalçı ordusunun biabırçı məğlubiyyətini bütün dünyaya nümayiş etdirir. Tarix yazan igid, qəhrəman oğullarımızın şanlı döyüş yolu gənclərimizin vətənpərvərlik ruhda böyüməsi üçün böyük töhfələr vermiş olacaq. Bu tarixi Zəfəri bizlərə yaşadan Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusuna eşq olsun!



 

GOYEZEN.AZ



Facebook-da paylaş