Qazax Rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyanın təşkili davam edir
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən artıq 1 il ötür. Xalqımız yaddaşımıza əbədi həkk olunan 8 noyabrı - mədəniyyət paytaxtımız olan, Qarabağın baş tacı sayılan Şuşanın azad olunduğu günü qürurla xatırlayır. İndi qalib ölkənin vətəndaşı olan hər kəs 8 noyabrı Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il Zəfər Günü kimi qeyd edəcək.
8 Noyabr – Zəfər Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.
Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq Qazax Rayon Heydər Əliyev Mərkəzində start verilən "Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyanın təşkili davam etdirilir.
Ekskursiyanın bugünkü iştirakçıları Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin 7-8-9-cu sinif şagirdləri olub.
İştirakçılar əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olub, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat əldə ediblər.
Sonra Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş monitorda "Hərbi Qənimətlər Parkı”na virtual ekskursiya təşkil edilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayevaekskursiyanın əhəmiyyətindən danışaraq qeyd edib ki, erməni vəhşiliyini, hərbi cinayətlərini gələcək nəsillərə çatdıran "Hərbi Qənimətlər Parkı” Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunub. "Hərbi Qənimətlər Parkı”nın yaradılması İkinci Qarabağ müharibəsi zamanı ordumuzun göstərdiyi şücaətləri, işğalçı Ermənistanın isə məğlubiyyətini özündə əks etdirir. 44 günlük Vətən müharibəsində ordusu darmadağın edilən Ermənistan bu məğlubiyyətin acısını hələ uzun illər yaşayacaq. Bu gün düşmənin qənimət kimi götürülən hərbi texnikalarının, silah-sursatlarının və digər döyüş nəqliyyatlarının "Hərbi Qənimətlər Parkı”nda nümayişi Azərbaycan dövlətinin və ordusunun rəşadətinin göstəricisidir. Qələbənin əbədiləşdirilməsinə xidmət edən "Hərbi Qənimətlər Parkı” Azərbaycanın şərəfli qələbəsinin möhtəşəmliyini göstərir.
GOYEZEN.AZ
Facebook-da paylaş