• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na növbəti virtual ekskursiya təşkil olunub


Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərin qeyd olunmasına sayılı günlər qalır. Xalqımız yaddaşımıza əbədi həkk olunan 8 noyabrı həm mədəniyyət paytaxtımız olan, Qarabağın baş tacı sayılan Şuşanın azad olunduğu gün kimi, həm də Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il Zəfər Günü kimi qeyd edəcək.

8 Noyabr – Zəfər Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq Qazax Rayon Heydər Əliyev Mərkəzində start verilən "Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyanın təşkili davam etdirilir.

Bugünkü ekskursiyanın iştirakçıları Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd  tam orta məktəbin 7-8-ci sinif şagirdləri olub.

İştirakçılar əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olub, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat əldə ediblər.  



Sonra Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş monitorda "Hərbi Qənimətlər Parkı”na virtual ekskursiya təşkil edilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva ekskursiyanın əhəmiyyətindən danışaraq qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsi 30 illik işğala son qoydu və ərazi bütövlüyümüz bərpa olundu. Şanlı Ordumuz işğal altında olan tarixi torpaqlarımızı düşməndən azad etdi, Azərbaycan Bayrağı azad edilən torpaqlarımızda dalğalandı. Ermənistanın 30 ildir davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa olundu. Tarixi Zəfərimizin əbədiləşdirilməsi, gələcək nəsillərə çatdırılması  üçün Respublika Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi Qənimətlər Parkı” salınıb. "Hərbi Qənimətlər Parkı” Azərbaycanın qüdrətinin göstəricisidir. Azərbaycan Ordusunun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü ağır texnikalar, raket kompleksləri, atıcı silahlar və digər sursatlar, erməni əsgərlərinin atıb qaçdıqları hərbi geyimləri, dəbilqələri də "Hərbi Qənimətlər Parkı”nda nümayiş etdirilir. Düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş hərbi texnikası bir daha ordumuzun gücünü göstərir. "Hərbi Qənimətlər Parkı” Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsini illərlə yaşadacaq, gənc nəslin vətənpərvər ruhda yetişməsi işinə misilsiz töhfəsini verəcək.



GOYEZEN.AZ



Facebook-da paylaş