Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncə şəhərində dağılan əraziləri ziyarət ediblər
Qazax
Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına əsasən 27 sentyabr - 8 noyabr
tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması
istiqamətində həyata keçirilən silsilə tədbirlər davam etdirilir. Qazax
Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları oktyabrın 24-də Vətən müharibəsində
Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncə şəhərində
dağılan əraziləri ziyarət ediblər. Mərkəzinin
əməkdaşları erməni vəhşiliyi nəticəsində həlak olmuş dinc insanların xatirəsini
ehtiramla yad edərək dağıdılmış evləri və mülki obyektləri ziyarət edib, həmin
hadisənin acılarını əks etdirən xatirə lövhəsinə tər qərənfillər düzüblər.
Onu
qeyd edək ki, döyüş meydanında sarsıdıcı zərbələrə tab gətirməyən Ermənistanın
işğalçı silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq
Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır
artlleriya atəşinə tutmuş, cəbhə xəttindən uzaqda yerləşən yaşayış
məntəqələrini və mülki obyektləri hədəfə almaqla istifadəsi qadağan edilmiş
ballistik raketlərlə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə qarşı terror
törətmişdilər. Gecə
saatlarında Gəncəyə qarşı törədilmiş bu
müharibə cinayəti nəticəsində 1 körpə, 5
uşaq, 10 qadın olmaqla 30-a yaxın dinc sakin həlak oldu, 90 nəfərdən çox insan
yaralandı.
GOYEZEN.AZ
Facebook-da paylaş