Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncə şəhərində dağılan əraziləri ziyarət ediblər

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncə şəhərində dağılan əraziləri ziyarət ediblər


26-10-2021, 10:55


Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına əsasən 27 sentyabr - 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması istiqamətində həyata keçirilən silsilə tədbirlər davam etdirilir.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları oktyabrın 24-də Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncə şəhərində dağılan əraziləri ziyarət ediblər.

Mərkəzinin əməkdaşları erməni vəhşiliyi nəticəsində həlak olmuş dinc insanların xatirəsini ehtiramla yad edərək dağıdılmış evləri və mülki obyektləri ziyarət edib, həmin hadisənin acılarını əks etdirən xatirə lövhəsinə tər qərənfillər düzüblər.


 

Onu qeyd edək ki, döyüş meydanında sarsıdıcı zərbələrə tab gətirməyən Ermənistanın işğalçı silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artlleriya atəşinə tutmuş, cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə almaqla istifadəsi qadağan edilmiş ballistik raketlərlə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə qarşı terror törətmişdilər.

Gecə saatlarında Gəncəyə  qarşı törədilmiş bu müharibə  cinayəti nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın olmaqla 30-a yaxın dinc sakin həlak oldu, 90 nəfərdən çox insan yaralandı.









GOYEZEN.AZ


Geri qayıt