Qazaxda “On yeddi illik strategiyanın zəfəri” mövzusunda videokonfrans keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon Heydər Əliyev Mərkəzi,
Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı Qadınlar Şurasının birgə
təşkilatçılığı ilə "On yeddi illik strategiyanın zəfəri” mövzusunda
videokonfrans keçirilib. Onlayn görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Gülnar Quluyeva, YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının sədri
Yeganə Göyüşlü, Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Ağstafa Rayon
Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Qazax Rayon Gənclər və İdman
İdarəsinin rəisi Vüqar Nəbiyev, fəal gənc Ülvi Zeynalov, Qazax şəhər Namiq Vəliyev
adına 5 nömrəli tam orta məktəbin
direktoru Nəsibə Tağıyeva, Qaratel Hacımahmudova adına ümumi orta məktəbin müəllimləri,
Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Rəsm
Qalereyasının direktoru Münəvvər Xəlilova və Mərkəzin əməkdaşları iştirak ediblər. Mərkəzin direktoru Ceyhunə Hüseynova videokonfransı giriş sözü ilə
açaraq bildirib ki, 1993-cü ildən başlanan müstəqillik və uğurlu inkişaf yolumuzda
növbəti uğurumuz, düşmən üzərində möhtəşəm qələbəmiz xalq olaraq bizim bir daha
seçimimizdə yanılmamağımızın tarixi sübutudur. Ulu öndər Heydər Əliyevdən sonra
2003-cü ildə Onun siyasi varisi kimi hakimiyyət estafetini qəbul edən İlham
Əliyev Ulu Öndərin siyasətini yaşadır və zəfər çaldırır. İlham Əliyevin Azərbaycana
rəhbərlik dövrü tariximizə tam inkişaf, sistemli xarakter daşıyan intibah dövrü
kimi yazılıb. Əsası Heydər Əliyev tərəfindən qoyulan müstəqillik tarixində
qazanılan uğurlara söykənərək qarşıdakı illər üçün prioritetlər açıqlayan İlham
Əliyev "Mən hər bir azərbaycanlının prezidentiyəm deyərək” hər zaman öz vətəndaşının
yanında olmağı bacarmaqla yanaşı, həm də milli mənafeləri üstün tutaraq hər bir azərbaycanlı üçün qürur məsələsi
olan Qarabağ məsələsində təkcə ölkədə deyil, bütün dünyada azərbaycanlıların qəhrəman,
cəsarətli, zəngin tarixə malik xalq olduğunu sübut etdi. Qazax
Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək qeyd edib ki, hər zaman Azərbaycan vətəndaşının
və onun maraqlarını siyasətinin mərkəzi hesab edən Prezident İlham Əliyevin
müasir siyasi tariximizdə müstəsna xidmətləri vardır. Onun rəhbərliyi ilə həyata
keçirilən uğurlu sosial-iqtisadi siyasət dövlətimizin qüdrətinin artmasını təmin
edib, əhalinin maddi rifah halını yaxşılaşdırıb. YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü çıxış
edərək bildirib ki, modern düşüncəli və yüksək enerjili siyasi xadim olaraq İlham
Əliyevin keçdiyi mənəvi, mədəni, intellektual, siyasi məktəb bütöv bir tarix
idi. Bu gün İlham Əliyev bu məktəbin layiqli davamçısı kimi, dünyanın öndə gedən
liderlərindən biri, böyük nüfuza sahib olan siyasətçidir. Videokonfrans iştirakçılarından Zərdab Rayon Heydər Əliyev Mərkəzinin
direktoru Könül Rəhimova, Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman
Cəlilova, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax
Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, fəal gənc Ülvi Zeynalov
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevi doğum günü münasibətilə səmimi təbrik edib, xoş arzularını
çatdırıblar. Çıxış edənlər vurğulayıblar ki, xalqımızın düzgün seçiminin nəticəsi
bu gün abadlaşan ölkə, Azərbaycan insanının ruhən yüksəlişi, sabit, firəvan
diyar və azad edilmiş Qarabağ, düşmən üzərində qazanılmış möhtəşəm qələbədir. Bu
qələbə İlham Əliyevin imzası ilə təkcə şanlı tariximizə deyil, həm də azərbaycanlıların
qəlbinə yazıldı. Bütün çıxışlarda möhtərəm cənab Prezidentimiz doğum günü
münasibətilə təbrik edilib, ölkəmizi daha yüksək zirvələrə aparan bu şərəfli
yolda ona cansağlığı və uğurlar arzulanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş