Əsas Səhifə > Mədəniyyət > Qazaxda “On yeddi illik strategiyanın zəfəri” mövzusunda videokonfrans keçirilib

Qazaxda “On yeddi illik strategiyanın zəfəri” mövzusunda videokonfrans keçirilib


24-12-2020, 19:21


Bu gün Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə "On yeddi illik strategiyanın zəfəri” mövzusunda videokonfrans keçirilib.

Onlayn görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, fəal gənc Ülvi Zeynalov, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta  məktəbin direktoru Nəsibə Tağıyeva, Qaratel Hacımahmudova adına ümumi orta məktəbin müəllimləri, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova və Mərkəzin  əməkdaşları iştirak ediblər.

Mərkəzin direktoru Ceyhunə Hüseynova videokonfransı giriş sözü ilə açaraq bildirib ki, 1993-cü ildən başlanan müstəqillik və uğurlu inkişaf yolumuzda növbəti uğurumuz, düşmən üzərində möhtəşəm qələbəmiz xalq olaraq bizim bir daha seçimimizdə yanılmamağımızın tarixi sübutudur. Ulu öndər Heydər Əliyevdən sonra 2003-cü ildə Onun siyasi varisi kimi hakimiyyət estafetini qəbul edən İlham Əliyev Ulu Öndərin siyasətini yaşadır və zəfər çaldırır. İlham Əliyevin Azərbaycana rəhbərlik dövrü tariximizə tam inkişaf, sistemli xarakter daşıyan intibah dövrü kimi yazılıb. Əsası Heydər Əliyev tərəfindən qoyulan müstəqillik tarixində qazanılan uğurlara söykənərək qarşıdakı illər üçün prioritetlər açıqlayan İlham Əliyev "Mən hər bir azərbaycanlının prezidentiyəm deyərək” hər zaman öz vətəndaşının yanında olmağı bacarmaqla yanaşı, həm də milli mənafeləri üstün tutaraq hər bir azərbaycanlı üçün qürur məsələsi olan Qarabağ məsələsində təkcə ölkədə deyil, bütün dünyada azərbaycanlıların qəhrəman, cəsarətli, zəngin tarixə malik xalq olduğunu sübut etdi.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək qeyd edib ki, hər zaman Azərbaycan vətəndaşının və onun maraqlarını siyasətinin mərkəzi hesab edən Prezident İlham Əliyevin müasir siyasi tariximizdə müstəsna xidmətləri vardır. Onun rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət dövlətimizin qüdrətinin artmasını təmin edib, əhalinin maddi rifah halını yaxşılaşdırıb.


YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü çıxış edərək bildirib ki, modern düşüncəli və yüksək enerjili siyasi xadim olaraq İlham Əliyevin keçdiyi mənəvi, mədəni, intellektual, siyasi məktəb bütöv bir tarix idi. Bu gün İlham Əliyev bu məktəbin layiqli davamçısı kimi, dünyanın öndə gedən liderlərindən biri, böyük nüfuza sahib olan siyasətçidir.

Videokonfrans iştirakçılarından Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, fəal gənc Ülvi Zeynalov Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevi doğum günü münasibətilə səmimi təbrik edib, xoş arzularını çatdırıblar. Çıxış edənlər vurğulayıblar ki, xalqımızın düzgün seçiminin nəticəsi bu gün abadlaşan ölkə, Azərbaycan insanının ruhən yüksəlişi, sabit, firəvan diyar və azad edilmiş Qarabağ, düşmən üzərində qazanılmış möhtəşəm qələbədir. Bu qələbə İlham Əliyevin imzası ilə təkcə şanlı tariximizə deyil, həm də azərbaycanlıların qəlbinə yazıldı. Bütün çıxışlarda möhtərəm cənab Prezidentimiz doğum günü münasibətilə təbrik edilib, ölkəmizi daha yüksək zirvələrə aparan bu şərəfli yolda ona cansağlığı və uğurlar arzulanıb.
















GOYEZEN.AZ


Geri qayıt