• Təqvim

  • Maraq



Qazaxda “Zəriflik və xeyirxahlıq mücəssəməsi” mövzusunda onlayn videokonfrans keçirilib


Bu gün Qazax və Xaçmaz Rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  Azərbaycan dövlətinin və müstəqilliyimizin inkişafında əvəzsiz xidmətlərindən bəhs edən "Zəriflik və xeyirxahlıq mücəssəməsi” mövzusunda onlayn videokonfrans təşkil olunub.

Videokonfransda Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Xaçmaz Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, fond müdiri Aynurə Məstanova, elmi işçi Samirə Buliyeva, Ayda Mamedova, Xaçmaz Heydər Əliyev Mərkəzinin Xudat şəhər filialından Könül Ramazanova və Yalama kənd filialından Elnurə Xəlilbəyova, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova və əməkdaşları, Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova, Qazax Multimedia kitabxanasının müdiri Rufina Namazova, fəal gənc, Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüsü Ülvi Zeynalov iştirak ediblər.


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova videokonfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, Xaçmaz Heydər Əliyev Mərkəzi və Xudat, Yalama filialları ilə birgə əməkdaşlıqdan məmnun olduqlarını bildirib. Mehriban xanımı sabahkı doğum günü münasibətilə təbrik edən C.Hüseynova qeyd edib ki, Mehriban Əliyeva Şərq ölkəsində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir. Öz fəaliyyəti ilə tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını yeni anlamda, həm də ləyaqətlə davam etdirir. Mehriban xanımın xalqımızın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadının cəmiyyətdə rolu barədə dünyada aydın təsəvvür yaradır.


Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova çıxış edərək bildirib ki, Mehriban xanım Əliyeva aktiv ictimai fəaliyyətə 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. Daha sonralar bir çox mühüm dövlət qurumlarında siyasi və ictimai fəaliyyət ilə seçilib, Milli Məclisin deputatı olub, bu gün isə Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti və Birinci xanımı statusunda xalqın və millətin sevimlisinə, ümid yerinə çevrilib. Bütün bunlarla yanaşı O, gözəl xanım, qayğıkeş Anadır.

Videokonfransda iştirak edən Xaçmaz Heydər Əliyev Mərkəzinin Xudat şəhər filialından Könül Ramazanova, Yalama kənd filialından Elnurə Xəlilbəyova, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova, fəal gənc, RİİB-nin könüllüsü Ülvi Zeynalov, Qazax Multimedia kitabxanasının müdiri Rufina Namazova Mehriban xanım Əliyevanın öz yaşam və təfəkkür tərzi ilə Azərbaycan qadını üçün bir model olmasından, Azərbaycanın ən yeni tarixindəki rolundan, insanlar üçün qayğı, mərhəmət simvolu olmasından, xalqın taleyini öz taleyi kimi yaşayaraq vəzifəsinin öhdəsindən sevgi ilə gələrək xalqına, Vətəninə qəlbinin sonsuz istəyi ilə xidmət etməsindən danışıblar.

Videokonfrans iştirakçıları bu əlamətdar gün münasibətilə humanist və şəfqətli bir xanım simvoluna çevrilən Mehriban xanım Əliyevanı təbrik edib, ona cansağlığı arzulayıb, Azərbaycanın və xalqımızın taleyində misilsiz roluna görə minnətdarlıqlarını bildiriblər. Ölkə başçısı İlham Əliyevlə birlikdə çiyin-çiyinə çalışaraq müstəqil Azərbaycanın bundan sonra daha da çiçəklənməsi naminə görəcəkləri işlərdə uğurlar arzulayıblar.










GOYEZEN.AZ



Facebook-da paylaş