• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 15 sentyabr - Bilik Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan təhsil siyasəti” mövzusunda videokonfrans keçirilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 sentyabr - Bilik Günü ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan təhsil siyasəti” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva və rayonun qabaqcıl təhsil işçiləri, müəllimlər, məktəb direktorları iştirak ediblər. 

Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva videokonfrans iştirakçılarını salamlayıb, yeni tədris ilinin başlanması münasibətilə səmimi təbriklərini çatdırıb. G.Quluyeva bildirib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işləri ondan sonra böyük öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər çağdaş təhsilimizin tarixində yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi, təhsilin elmi əsaslara söykənən dövlət proqramları vasitəsilə idarə olunması dövrü kimi xarakterizə olunur.

 

Qeyd edib ki, cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Qazaxda da uğurla icra olunur."Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması bunun bariz nümunəsidir. Təkcə bu il Heydər Əliyev Fondu tərəfindən rayonda Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, yenə də Fond tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın tikilməsi, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı imzalanan 5 mart, daha sonra məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı imzalanmış Sərəncama dəyişiklik edilərək sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam Qazax təhsilinə və gələcəyimiz olan uşaqlara olan dövlət qayğısının əyani göstəricisidir.


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, təhsil cəmiyyətin fəaliyyətini tənzimləyən və inkişafını təmin edən beş fundamental sosial institutdan biridir. Ona görə də təhsilə göstərilən diqqət, qayğı xüsusi olmalıdır. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutmuş və onun təhsilə göstərdiyi diqqət özünəməxsus olmuşdur. Azərbaycan təhsili Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələdən başlanır və təhsilimizin intibah illəri məhz Heydər Əliyevin hakimiyyətinin bu mərhələsinə təsadüf edir.


Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova çıxış edərək qeyd edib ki, təhsil sisteminin yenidən qurulması sahəsində aparılan islahatlar bu gün rayonumuzda da yüksək formada həyata keçirilir. Ulu öndərin təhsil siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdən təhsillə bağlı bir sıra sərəncamlar imzalamış, təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir təhsil avadanlıqları ilə təmin edilməsi sahəsində böyük işlər görmüşdür.


Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin kimya-biologiya müəllimi Sədaqət Əmirxanova çıxışında Azərbaycan təhsilinin inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyərək respublikamızda həyata keçirilən təhsil islahatlarının rayonumuzdan da yan keçmədiyini vurğlayıb. Məhz təhsilə göstərilən yüksək diqqət və qayğı sayəsində ölkəmizdə, o cümlədən rayonumuzda yeni təhsil müəssisələrinin tikildiyni, məktəblərin təmir edildiyini, uşaq bağçalarının yenidən qurulduğunu diqqətə çatdırıb.


Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini Könül Kərimova çıxış edərək təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi çalışdığı 2 nömrəli tam orta məktəbin tamamilə yenidən qurularaq müasir standartlara cavab verən, müasir təchizatlarla təmin edilən təhsil müəssisəsinə çevrilməsini göstərib. Bildirib ki, bu, isə onun göstəricisidir ki, bu gün regionlarda, ən ucqar rayonlarda belə şagirdlər müasir məktəblərdə təhsil alır, təhsilimizə göstərilən diqqətdən kənarda qalmırlar.


Namiq Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbin fizika müəllimi Yasəmən Qayayeva çıxış edərək Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında, təhsilimizn inkişafında ümummilli lider Heydər Əliyevin mütərəqqi ənənələrinə əsaslanan və bu ənənələrə böyük sədaqət nümayiş etdirən Heydər Əliyev Fondunun, həmçinin, Fondun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, Heydər Əliyev Fondunun təhsil sahəsində ardıcıl olaraq irimiqyaslı layihələr həyata keçirməsi Azərbaycan təhsilini dünya standartları səviyyəsinə qaldırmışdır.


İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Tahirə Xasməmmədova çıxışı zamanı bilirib ki, dövlətimizin və dövlət başçısının təhsilə göstərdiyi qayğının, təhsilin inkişafına ayrılan xərclərin ildən-ilə artırılması dövlətin apardığı siyasətin əsas prioritetlərindən biri olmasının sübutudur. Məhz bu diqqətin, qayğının nəticəsidir ki, hər il rayon məktəblərindən ali təhsil müəssisələrinə sənəd verən onlarla abituriyent 600 baldan yuxarı nəticə göstərərək respublikanın aparıcı ali təhsil ocaqlarına daxil olurlar.

İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin fransız dili müəllimi Həbibə Mustafayeva, Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Gülilə Adıgözəlova, S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rəna Hadıyeva və digər çıxış edənlər ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təhsilə göstərdikləri xüsusi diqqət və qayğıya görə minnətdarlıq ediblər.












GOYEZEN.AZ



Facebook-da paylaş