• Təqvim

  • Unutma

  • Maraq



"Heydər Əliyev və Azərbaycanın təhsil siyasəti” mövzusunda videokonfrans keçirilib


Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzi və Ucar Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanın təhsil siyasəti” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda Göyçay Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyeva, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və əməkdaşları da iştirak ediblər.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova videokonfrans iştirakçılarını salamlayaraq əməkdaşlıqdan məmnun olduqlarını bildirib. C.Hüseynova  qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutmuş, onun milli təhsilin inkişafına göstərdiyi diqqət, qayğı özünəməxsusluğu ilə seçilmişdir. Azərbaycan təhsili Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələdən başlanır və təhsilimizin intibah illəri məhz Heydər Əliyevin hakimiyyətinin bu mərhələsinə təsadüf edir. Heydər Əliyev Azərbaycan təhsilinə həmişə xüsusi həssaslıqla yanaşmışdır. O, hər zaman deyirdi ki, "Təhsil nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən bir sahədir. Ona görə də təhsilə çox diqqətlə yanaşmaq lazımdır”. Tarixi reallıqdır ki, məhz Heydər Əliyevin Mərkəzi Komitənin katibi olduğu dövrlərdə Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi, tərəqqisi, maddi-texniki cəhətdən möhkəmlənməsi, inkişafı, dünya standartlarına yaxınlaşması, yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin yeni tədris vasitələri ilə təchizi, pulsuz tədris ləvazimatları ilə təmin edilməsi Heydər Əliyevin təhsilə göstərdiyi diqqətin, qayğının sayəsində olmuşdur. Şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan dünyanın zəfər səlnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir. Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır.

Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Göyçay Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyeva, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Göyçay Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Könül Bayramova çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin, elminin inkişaf etdirilməsində, maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində əvəzsiz xidmətlərindən bəhs ediblər. Ulu Öndərin əsasını qoyduğu təhsil siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.











 

GOYEZEN.AZ



Facebook-da paylaş