Qazaxda “Gənclər dövlətin və dövlət başçısının yanındadır” başlığı altında onlayn videokonfrans keçirilib
Bu
gün Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax "Gənclər evi” sosial xidmət
müəssisəsi tərəfindən "Gənclər dövlətin və dövlət başçısının yanındadır”
başlığı altında onlayn videokonfrans keçirilib. Ümumilikdə 47 nəfərin iştirak
etdiyi videokonfransda dövlət tərəfindən gənclərə göstərilən diqqət və
qayğıdan, onlara yaradılan geniş imkanlardan söhbət açılıb.
Qazax
Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış
edərək videokonfrans iştirakçılarını salamlayıb, Azərbaycanın dövlət siyasətinin
əsas istiqamətlərindən birinin məhz gənclər siyasəti olduğunu diqqətə çatdırıb.
V.Nəbiyev ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bu meyarları nəzərə alaraq ölkəmizin
qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəslədiyini, ölkəmizdə
gənclərə yüksək şərait yaradılması istiqamətində dövlət proqramlarının qəbul
edildiyini bildirib. Bu gün ölkə başçısının gənclərə olan diqqət və qayğısını
əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
tərəfindən də gənclərə hər zaman diqqət və qayğı göstərildiyini bir daha
vurğulayıb. V.Nəbiyev gənclərin də onlara olan etimadı hər zaman doğrultmağa
çalışdıqlarını, öz əməli işləri ilə daim dövlətin və dövlət başçısının yanında
olduqlarını qeyd edib.
Qazax
Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar
Quluyeva çıxış edərək rayon
rəhbərliyinin adından konfrans iştirakçılarını, gəncləri və könüllüləri salamlayıb,
səmimi ürək sözlərini çatdırıb. Gənclərə göstərilən dövlət qayğısından danışan G.Quluyeva ölkə
Prezidenti İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasında 2020-ci ilin "Könüllülər ili” elan edilməsini həmin dövlət
qayğısının daha bir bariz nümunəsi kimi qeyd edib. "Könüllülər ili”nin
gənclərin fərdi inkişafına təkan verməkdə, onlarda sosial məsuliyyət hissini
artırmaqda, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı
inkişafı üçün səmərəli istifadə etməkdə mühüm rol oynadığını söyləyib. Bu gün ölkə başçısı İlham Əliyev, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən Azərbaycan gənclərinin
bilikli, savadlı, intellektual səviyyələrinin yüksək olması, gələcəkdə rahat
şəkildə öz iş karyeralarını qurmaq üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini
vurğulayıb. Ölkə başçısının gənclərə olan qayğısının Qazaxda rayon rəhbərliyi tərəfindən olduğu
kimi icra edildiyini, rayonda gənc və
yeniyetmələrin vətənpərvər ruhda böyüməsinə, tərbiyə olunmasına hər zaman böyük
önəm verildiyini bildirib. Videokonfrans
iştirakçılarından Qazax "Gənclər evi” sosial xidmət
müəssisəsinin direktoru Vüsal Hüseynov, YAP Qazax
Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə
Hüseynova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsinin müfəttişi Elmar Məmmədov, Bakı Dövlət Universitetinin Qazax
filialının Tələbə Gənclər Təşkilatının sədri İlkin Hüseynov, Qazax Dövlət
Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətlənmə şöbəsinin müdiri, Tələbə
Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, fəal gənc Ülvi Zeynalov, Qazax Rayon Gənclər və İdman İdarəsinin
könüllüsü Şəhadət Abbasov, Qazax
"Gənclər evi” sosial xidmət müəssisəsinin könüllüsü Zəminə Quliyeva mövzu ətrafında geniş
çıxış ediblər. Çıxışlarında hər zaman dövlətin, dövlət başçısının yanında
olduqlarını və bundan sonra da olacaqlarını dilə gətiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş