“Müstəqillik ən böyük sərvətdir”
Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzi və Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycanın müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunun dünyaya bəyan edildiyi gün – 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar "Müstəqillik ən böyük sərvətdir” başlıqlı tədbir keçirilib.
Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasında böyük xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin ibrətamiz siyasi fəaliyyətini gənc nəsillərə ötürmək məqsədilə təşkil edilmiş tədbir orta məktəb şagirdlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.
Sonra tədbir "18 oktyabr Müstəqillik Günü” filminin nümayişi ilə davam etdirilib.
Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü müstəqillik gününün tarixi haqqında geniş məlumat verərək bildirib ki, 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etdi və bununla da xalqımız XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Lakin siyasi savadı və bacarığı olmayan şəxslərin səriştəsizliyi üzündən müstəqilliyimizi itirmək təhlükəsi yaşayırdıq. Ölkədə dərin siyasi böhran hökm sürürdü. Məhz belə bir zamanda müstəqilliyimizin xilaskarı dahi lider – Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı və əbədi etdi. Bu səbəbdən hər bir azərbaycanlı fəxarət və qürur hissi ilə söyləyə bilir ki, müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin şah əsəridir.
Daha sonra məktəb şagirdləri müstəqillik gününə həsr olunmuş şeirlər söyləyiblər. Vətənpərvərlik ruhunda təşkil olunmuş tədbir muzeyin ekskursiyası ilə başa çatıb.
GOYEZEN.AZ
Facebook-da paylaş