Qazaxda 28 May – Respublika Günü qeyd olunub
Şərqdə ilk demokratik dövlət olan Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür. 28 may 1918-ci ildə öz
müstəqilliyini elan edən Azərbaycan dövləti mövcud olduğu 23 ay ərzində bir çox
tarixi əhəmiyyətli işlər həyata keçirmişdir. Həmin gün Respublika Günü kimi hər
il qeyd olunur. Respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da 28 May
- Respublika Günü ilə əlaqədar tədbir keçirilib. Qazax rayon Heydər Əliyev Mərkəzinin və
Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin birgə təşkil etdiyi
tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının
məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların
rəhbərləri, ziyalılar, ağsaqqallar, gənclər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin
səslənməsi ilə başlayan tədbirdə 28 May – Respublika Günü haqqında ətraflı
məlumatlar çatdırılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
28 May – Respublika Günü münasibətilə başda ölkə başçısı İlham Əliyev və ailə
üzvləri olmaqla bütün Azərbaycan xalqını, rayon sakinlərini və tədbir
iştirakçılarını səmimi qəlbdən təbrik edib. Xoş arzularını çatdıraraq Azərbaycanın
dünənindən, bu günündən söz açıb. Ölkəmizin müstəqillik əldə etdikdən sonra
qazandığı uğur və nailiyyətlərdən danışıb.
Rayon rəhbəri bildirib ki, Azərbaycanın iqtisadi,
sosial, eləcə də digər sahələrdə olan uğurlu inkişafının nəticəsidir ki, bu gün
ölkəmiz 10 milyonluq ölkədir. İcra başçısı müstəqil dövlət olan
Azərbaycanda Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım
Əliyevanın Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyi sosial
layihələrdən də söz açıb. Dünən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri,
veteranları üçün Fondun təşkil etdiyi iftar süfrəsini qeyd edərək bir daha
minnətdarlığını bildirib. Bu cür tədbirlərin tariximizin yaşadılmasında
böyük əhəmiyyət kəsb etdiyini qeyd edən icra başçısı tədbirin təşkilində
əziyyəti keçən insanların əməyini yüksək qiymətləndirib. Şəhər ümumi orta məktəbin direktoru
Yeganə Göyüşlü çıxış edərək 28 May – Respublika Günü münasibətilə tədbir
iştirakçılarını təbrik edib. Sonra "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması,
Cümhuriyyət dövründə sosial-mədəni tədbirlər və Cümhuriyyətin süqutunun
səbəbləri” mövzusunda geniş məruzə ilə çıxış edib.
Səlim Əfəndiyev adına şəhər 1 saylı tam orta
məktəbin Əməkdar tarix müəllimi Mustafa Mirzəyev "Azərbaycan Xalq Cümhuriyyəti
Şərqdə ilk demokratik dövlətdir” mövzusunda fikirlərini bölüşüb. Sonra şagirdlərin ifasında Respublika Gününə
həsr olunmuş şeirlər səslənib. Məktəblilərin sazda ifa etdikləri Vətən ruhlu
mahnılar alqışlarla qarşılanıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov tədbirə yekun vuraraq tədbir iştirakçılarını və Azərbaycan xalqını 28
May - Respublika Günü münasibətilə bir daha səmimi qəlbdən təbrik edib, gələcək
işlərində uğurlar arzulayıb. GOYEZEN.AZ
Geniş məruzə ilə çıxış edən icra başçısı
bildirib ki, Azərbaycan Demokratik Respublikası süquta uğrasa da 1918-ci ildə
onun Azərbaycana əkdiyi müstəqillik toxumu XX əsrin son on illiyində yenidən
cücərib üzə çıxdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali
Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya
Aktı qəbul edildi. Beləliklə, XX əsrdə Azərbaycan ikinci dəfə siyasi
müstəqillik əldə etdi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayışından sonra respublikamızın müstəqilliyi məhv olmaq təhlükəsindən
qurtuldu. Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən
böyük sərvətimizdir. Ümummilli liderin sözləri ilə desək, "Azərbaycanın dövlət
müstəqilliyi daimidir, əbədidir, dönməzdir”. Azərbaycan xalqı bu gün müstəqil
bir dövlətin vətəndaşları olduqlarını qürurla söyləyə bilirlər. O müstəqil
dövlət ki, gündən-günə inkişaf edir. Müstəqil Azərbaycanımızda elm, təhsil,
səhiyyə, mədəniyyət, idman, turizm, eləcə də bir çox sahələrə olan diqqət və
qayğı sayəsində həmin sahələrdə olan nailiyyətlər ölkəmizin qüdrətini daha da
artırır. Həmçinin əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində
görülən məqsədyönlü işlər, həyata keçirilən tədbirlər ölkəmizin iqtisadi
inkişafından xəbər verir. Bunu son aylar ölkə başçısı İlham Əliyevin imzaladığı
Fərman və Sərəncamlar da aydın şəkildə göstərdi.
Facebook-da paylaş