Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib
Mayın 31-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin dəstəyi, Qazax rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Dünyanın bəzəyidir, sevincidir uşaqlar” adlı konsert proqramı təşkil edilib.
Tədbirdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab sərgisi, Qazax Mədəniyyət Mərkəzinin rəqs qrupunun və Qazax şəhər Uşaq Musiqi Məktəblərinin şagirdlərinin ifalarında təqdim olunan maraqlı, rəngarəng çıxışlar körpə fidanların sevincinə səbəb olub.
Facebook-da paylaş