Qazax Dövlət Sosial-İqtisadi Kollecdə ”Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş mühazirə oxunub
Aprelin 30-da Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecində Respublika Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkəmizdə 2025-ci ilin ”Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Azərbaycan müəllifi Ulu Öndər Heydər Əliyev olan Konstitusiyasının tələblərinə, öz hüquqlarına əsaslanaraq inamla irəliləyir” mövzusunda mühazirə oxunub.
Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva, Kollecin müəllimləri Vəsilə Hüseynova, Sənubər Mikayılova, Türkan Hüseynova, Narınc Məmmədova, tələbələr və Mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova açaraq iştirakçıları salamlayıb, təşkil olunmuş görüşün əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması Respublikamızın tarixində böyük hadisə idi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin təməlini qoydu. Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın hazırlanması bir daha sübut etdi ki, ölkəyə yalnız yüksək idarəçilik təcrübəsi olan siyasi xadimlər rəhbərlik etməyə qadirdir. Dahi şəxsiyyət hər zaman dövlətçiliyin möhkəmləndirilməsinin, Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacib amillər olduğunu bildirirdi. Hazırda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan tarixin qüdrətli dövrünü yaşayır. Dövlətçilik tariximizin ən mühüm hadisəsi tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü tam reallaşıb.
Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək bildirib ki, Azərbaycan dövlətinin hərtərəfli inkişafı, ölkədə həyata keçirilən islahatlar öz mənbəyini məhz Əsas Qanundan götürüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz siyasi iradəsi və qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində İkinci Qarabağ müharibəsində inamlı Qələbə qazandıqdan sonra Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və bu, milli dövlətçilik tariximizə növbəti şanlı səhifə olaraq daxil oldu. Həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Bu möhtəşəm Qələbə sayəsində Azərbaycan Bayrağı suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Facebook-da paylaş