• Təqvim

  • Unutma

  • Maraq



Qazax RİH-də keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib


Prezident İlham Əliyevin səsləndirdiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” fikrindən bir daha aydın olur ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğu təşkil edir. Ən əsası da Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı hər bir dövlət məmurunun iş fəaliyyətinin tərkib hissəsi olmalıdır.

Ölkə başçısının səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri də bu məqsədə xidmət edir.  

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsinin arxasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır.

Bu həftə ərzində Qazax rayonunun Bala Çaylı, Hüseynbəyli, Kosalar, Yuxarı Salahlı kəndlərindən müraciət etmiş 4 nəfər vətəndaşın istəyi martın 14-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dövlət başçısının vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı gördüyü işlərin hər bir dövlət məmuruna nümunə olduğunu qeyd edib. “Hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşı qəbul edib onun müraciətini dinləmək, onlara layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir”, - deyən icra başçısı bu günə kimi keçirilən qəbulların məhz bu məqsədi daşıdığını qeyd edib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. İcra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib.

 

Vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etmələri bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıq verilib. Eyni zamanda, qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.



Facebook-da paylaş