• Təqvim

  • Maraq



Şair və aşıqlar tankçıların qonağı olub

Şair və aşıqlar tankçıların qonağı olub
GOYEZEN.AZ portalı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən xəbər verir ki, Böyük Vətən Müharibəsi illərində Azərbaycan şair, yazıçı və sənət adamlarının səsi-sorağı tez-tez cəbhələrdən, döyüş meydanlarından gələrdi. Onlar Vətən əsgərlərini faşizmə qarşı birgə mübarizəyə səfərbər edər, qəhrəmancasına vuruşmağa çağırar, onların vətənpərvərlik hissini, döyüş ruhunu daha da yüksəldərdilər.

Müharibənin ilk günündən “Müsəlləh əsgər” olan Xalq şairimiz Səməd Vurğun qanlı döyüşlər getdiyi bir vaxtda yazırdı ki, “Çiçək vaxtı deyil indi, barıt vardır havalarda...”, “Qoy hər sözün ciyəriylə nəfəs alsın bir qəhrəman!”.

Bu gün də ölməz şairimizin davamçıları, Qazax rayonundan olan şair, yazıçı, aşıqlar və kütləvi informasiya vasitələri nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissədə tankçıların qonağı olub.

Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbaninin müşayiəti ilə bir qrup yaradıcı ziyalılar hərbçilərin qonağı olub.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, gənc şair Elnur Süleymanlı yeni şeirlərini oxuyub, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl qəzetin ordu ilə xalqın birliyinə həsr olunmuş xüsusi buraxılışını əsgərlərə təqdim edib, aşıq Hüseyn Kəmərli və şəhid atası, aşıq Hüseyn Əzizoğlu sazlarını “Misri”, “Döşəmə Koroğlu”, “Ruhani” havacatlarına kökləyib, A.Qurbani isə yeni şeirləri ilə tankçıları təlimlərdə, döyüş hazırlığında daha böyük uğurlar qazanmağa ruhlandırıb.

Ölkədə hərbi vətənpərvərlik işinin təşkilində xidmətlərinə görə şair Barat Vüsala Azərbaycan Respublikası Veteranlar Şurasının “General Əliağa Şıxlinski” yubiley medalı, digər qonaqlara isə foto-albomlar təqdim edilib.

Tankçılardan zabit Mircəlal Bəndiyev və aprel döyüşlərinin iştirakçısı Pərviz Süleymanov çıxış edərək qonaqları əmin ediblər ki, onlar bundan sonra da Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaq və uğurları ilə xalqımızı sevindirəcəklər.

Şair və aşıqlar tankçıların qonağı olub
Şair və aşıqlar tankçıların qonağı olub
Şair və aşıqlar tankçıların qonağı olub
Şair və aşıqlar tankçıların qonağı olub
Şair və aşıqlar tankçıların qonağı olub
Şair və aşıqlar tankçıların qonağı olub
Şair və aşıqlar tankçıların qonağı olub
Şair və aşıqlar tankçıların qonağı olub
Şair və aşıqlar tankçıların qonağı olub
Şair və aşıqlar tankçıların qonağı olub
Şair və aşıqlar tankçıların qonağı olub
Şair və aşıqlar tankçıların qonağı olub
Şair və aşıqlar tankçıların qonağı olub
Şair və aşıqlar tankçıların qonağı olub
Şair və aşıqlar tankçıların qonağı olub


Facebook-da paylaş