“Qazax - Xidmət etdiyin diyar” kitabının təqdimatı keçirilib
Bu gün Qazaxdakı N saylı hərbi hissədə “Qazax - Xidmət etdiyin diyar” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Qazax RİHB Aparatının məsul işçiləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları, ziyalılar, ağsaqqallar, aşıqlar, KİV nümayəndələri iştirak edib.
Azərbaycan Respublikası Müdafiə Nazirinin müşaviri Abdulla Qurbani çıxış edərək “Qazax - Xidmət etdiyin diyar” kitabından söz açıb. Bildirib ki, Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə işıq üzü görən kitab-albomda Respublika Prezidenti İlham Əliyevin Qazaxa səfərləri, rayonun tarixi, dünəni, bu günü, yaradıcı insanları, tarixi abidələri, Milli Qəhrəmanları, şəhidləri, hərbçiləri, tarixi şəxsiyyətləri, rayonda inşa edilmiş sosial yönümlü obyektləri haqqında xronoloji məlumatlar və şəkillər dərc edilmişdir. Qeyd edib ki, nəfis tərtibatda nəşr olunmuş bu kitab-albom Qazax rayon İcra Hakimiyyətinin və qədirbilən qazaxlıların rayonun müdafiəsində mərdliklə dayanan Vətən əsgərlərinə hədiyyəsidir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təqdimat mərasimində çıxış edərək kitabda öz əksini tapmış ulu öndər Heydər Əliyevin ordumuz haqqında dediyi qiymətli sözləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, ümummilli liderin söylədiyi kimi “Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır. Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”. Bəli, bu gün hər bir Azərbaycan vətəndaşı ulu öndərin bu dəyərli fikirlərinə əməl etməli, öz işləri ilə əyani şəkildə göstərməlidir.
İcra Başçısı Rəcəb Babaşov Qazaxda bir neçə gün öncə keçirilmiş “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında təşkil olunmuş möhtəşəm tədbirdən söz açaraq bildirib ki, həmin ümumxalq tədbirində xalqımız ordu ilə, ordumuz isə xalqla bir və həmrəy olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanda ilk dəfə keçirilən bu pilot layihə qazaxlıların orduya həmişə dəstək olduğunu əyani şəkildə göstərdi.
İcra Başçısı əsgərlərə müraciət edərək qeyd edib ki, Azərbaycanın hansı bölgəsində xidmət etməyinizdən asılı olmayaraq, siz yaxşı bilirsiniz ki, Vətənin quzeyi, güneyi olmur, Vətən vətəndir və onun hər bir vətəndaşı bu vətəni göz bəbəyi kimi qorumalı, yeri gələrsə uğrunda canından, qanından keçməyə hazır olmalıdır. İcra Başçısı ümidvar olduğunu bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu işğal altında olan əzəli torpaqlarımızı tezliklə işğaldan azad edəcək və Vətənimizin ərazi bütövlüyü təmin olunacaqdır.
Sonra Rəcəb Babaşov “Qazax - Xidmət etdiyin diyar” kitabını tədbirdə iştirak edən hərbiçilərə, müharibə veteranlarına və ağsaqqallara hədiyyə edib.
Böyük Vətən Müharibəsi veteranı Xanqulu Süleymanov, Əməkdar İdman Ustası Ramiz Tağıyev, el ağsaqqalı Mustafa Mahmudov, şəhid Mühüd Orucovun atası Qurban Orucov, Əməkdar müəllim Xatın Hüseynxanova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal, N saylı hərbi hissənin komandiri Fuad Əkbərov, AYB-nin üzvü, şair, Mustafa Rasimoğlu çıxış edərək Qazaxın düşmən qarşısında bir sipər, qala olduğundan söz açıb, “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında keçirilmiş tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. “Qazax - Xidmət etdiyin diyar” kitabının xalqla ordu birliyinə ən gözəl töhfə olduğunu qeyd ediblər.
Aşıqlardan Camoy Qurbanov və Samir Allahverdiyev Vətənə, orduya həsr olunmuş mahnılar ifa ediblər.
Sonra rayon rəhbərliyi N saylı hərbi hissədə yaradılmış nümunəvi şəraitlə yaxından tanış olub, əsgər yataqxanalarına, yeməkxanaya, əsgərlərin xidmət etdiyi sahələrə baxıb. İcra Başçısı əsgərlərlə birlikdə yemək süfrəsi ətrafında səmimi söhbət edib.
Daha sonra Rəcəb Babaşov düşmənlə sərhəddə yerləşən ön cəbhədə olaraq burada xidmət edən əsgərlərlə görüşüb. Hərbiçilər qarşısında çıxış edərək onlara hərbi xidmətdə uğurlar arzulayıb, Vətənin keşiyində ayıq-sayıq dayanmağa çağırıb.
Xidmətdə fərqlənən bir qrup hərbiçiyə “Qazax - Xidmət etdiyin diyar” kitabını hədiyyə edib.
Sonda ön cəbhədə xidmət edən əsgərlərlə çay süfrəsi arxasında səmimi söhbət aparıb.

Elçin İSMAYIL
Facebook-da paylaş