Qazaxda şair Mübariz Qaragözlünün 50 illik yubileyi qeyd olunub
Bu gün Ədəbiyyat Muzeyində Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Mübariz Qaragözlünün 50 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib. Tədbirdə İcra Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şairlər, aşıqlar, saz-söz adamları, yubilyarın yaxın qohumları, dostları, KİV nümayəndələri iştirak edib.
Yubiley tədbiri aşıq Hüseyn Dərgahquluyevin ifasında səslənən qədim el havası ilə başlayıb. Aşıq Ədalət Nəsibovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq Mübariz Qaragözlünü 50 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib, gələcək işlərində, yaradıcılığında daha böyük nailiyyətlər qazanmağı arzulayıb. Qeyd edib ki, bu gün Qazax torpağı öz şairləri, yazarları, saz-söz adamları ilə bütün dünyada öz sözünü deyib. Sevindirici haldır ki, həmin yaradıcılıq ənənəsi bu gün də davam edir. M.Qaragözlü kimi şairlər poeziyamızda öz dəst-xətti ilə seçilərək o ənənəni yaşadırlar.
Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal yubilayrın həyat və yaradıcılığından ətraflı söz açıb. Qeyd edib ki, şeirləri ardıcıl olaraq respublikanın ədəbi qəzet və jurnallarında, almanaxlarda çap olunub. Müddətli Prezident təqaüdçüsü olub. "Qayıt, dağlar oğlu" (2000) və "Şair Haqqı" (2013) kitablarının müəllifidir. Keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışan B.Vüsal bu tədbiri şairlərə, söz adamlarına verilən ən böyük dəyər kimi qiymətləndirib.
Sonra söz Bakı, Gəncə, Tovuz, Ağstafadan qonaq gəlmiş saz-söz adamlarına verilib.
AYB-nin üzvlərindən ədəbi məsləhətçi Mustafa Rasimoğlu, Rəfael İncəyurd, H.Arif ədəbi Məclisinin sədri Saqif Qaratorpaq, Məzahir Yaqub, Məzahir Alıyev, şairə Çiçək Mahmudqızı, yubilyarın dayısı Məhəmməd Qaragözlü çıxış edərək M.Qaragözlünü təbrik edib, ona uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Aşıqlardan Camoy Qurbanov, İlqar Qələmçəli, Samir Allahverdiyev, Təbriz Qaragözlü, aşıq Şaiq İncəli, İnsafə Əhmədova, aşıq Mahal, aşıq Osman saz havaları üstündə Mübariz Qaragözlünün şeirlərini oxuyublar.
Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbin şagirdlərinin ifasında M.Qaragözlünün şeirləri səslənib.
Tədbirin sonunda M.Qaragözlü çıxış edərək respublikamızda şairlərə, saz-söz adamlarına göstərdiyi diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyevə bütün yaradıcı insanlar adından öz dərin minnətdarlığını bildirib. Onun yaradıcılığına yüksək dəyər verdiyinə və belə yüksək səviyyədə yubiley tədbiri təşkil etdiyinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıb. Sonra öz yeni şeirlərini oxuyub.

Elçin İSMAYIL
Facebook-da paylaş