• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşı fərdi şəkildə qəbul edib


Ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Ölkə başçısının vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr bu məqsədə xidmət edir. 

Vətəndaş amili Qazax rayonunda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.


Yanvarın 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Qarapapaq kəndindən rəsmi müraciət etmiş Musayeva Mələk İman qızını istəyinə əsasən fərdi şəkildə qəbul edib. Vətəndaşın həyat yoldaşının işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etməsi bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması aidiyyəti üzrə tapşırılıb.



Facebook-da paylaş