• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib


Dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Ölkə başçısının vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr bu məqsədə xidmət edir. 

Vətəndaş amili Qazax rayonunda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.


Noyabrın 20-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhəri, Birinci Şıxlı, Kəmərli və Hüseynbəyli kəndlərindən müraciət etmiş vətəndaşları fərdi şəkildə qəbul edib. 

Birinci Qarabağ müharibəsi şəhidləri Akif Bəbirovun atası Ələddin Bəbirovun, Qasımov Aqil Poladxan oğlunun həyat yoldaşı Heydərova Təranə Vaqif qızının, Vətən müharibəsi şəhidi Həsənov Babək Saleh oğlunun anası Gülarə Həsənovanın, Qarabağ veteranı Məmmədov Mehman Rafiq oğlunun istəklərini dinləyib. Şəhid ailələri ilə səmimi söhbət edən rayon rəhbəri onların müxtəlif məzmunlu müraciətlərini dinləyərək müvafiq olaraq cavablandırıb.



Facebook-da paylaş