• Təqvim

  • Maraq



İcra başçısı şəhid ailəsi və müharibə əlillərini qəbul edib


Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı bu gün ölkəmizdə bütün sahələrdə vətəndaş amilinin ön plana çəkilməsinin bariz nümunəsidir. Ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr də məhz bu məqsədi daşıyır. 

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.

Qazaxda Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, müharibə əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı da hər zaman əsas götürülür. Rayon rəhbərliyi tərəfindən şəhid ailələri, müharibə əlilləri daim diqqətdə saxlanılır.  


Mayın 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, Vətən müharibəsi şəhidi əsgər Kərimov Emil İlqar oğlunun həyat yoldaşı Əliyeva Afət Elçin qızını, göstərdikləri şücaətə görə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Qazax şəhər sakini, I dərəcəli Vətən müharibəsi əlili Kərimov Röyal Şəadət oğlunu, "Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, İkinci Şıxlı kənd sakini, III dərəcəli Vətən müharibəsi əlili Mustafayev Rövşən Vəli oğlunu qəbul edib, müxtəlif məzmunlu müraciətlərini dinləyib.


Rayon rəhbəri ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbədə, zəfərdə payı olan Qazaxın qəhrəman oğulları ilə bu gün hər kəsin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib. Nə qədər dünya var, Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını dilə gətirib. Rayon rəhbəri şəhid ailələrinə, müharibə əlillərinə, onların ailələrinə göstərilən dövlət qayğısının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.  

GOYEZEN.AZ



Facebook-da paylaş