• Təqvim

  • Maraq



BDU-nun rektoru Elçin Babayev və Universitetin professor-müəllim heyəti Qazaxda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər


Aprelin 19-da Qazaxda səfərdə olan Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Universitetin professor-müəllim heyəti və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar. 

 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova qonaqları salamlayıb, dahi rəhbərin adını daşıyan Mərkəzdə görməkdən məmnunluq hissi duyduğunu söyləyib. C.Hüseynova respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda, eləcə də Ümummilli Liderin adını daşıyan Mərkəzdə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin keçirildiyini bildirib. Tədbirlərdə, həyata keçirilən layihələrdə Bakı Dövlət Universitetinin Qazax filialının tələbələrinin də yaxından iştirak etdiklərini, mütəmadi olaraq Mərkəzə ziyarətlər təşkil olunduğunu diqqətə çatdırıb.



Facebook-da paylaş