• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşları fərdi şəkildə dinləyib


Bütün sahələrdə vətəndaş amilinin ön plana çəkilməsi onu göstərir ki, bu sahə dövlət siyasətinin ana xəttini təşkil edir. Ən əsası da bu, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr də məhz bu məqsədi daşıyır. 

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.


Aprelin 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fərdi şəkildə görüşmək istəyən daha bir qrup vətəndaşı qəbul edib. Çaylı, Cəfərli və Qazax şəhərindən müraciət edən vətəndaşların müxtəlif məzmunlu istəklərini dinləyib, qaldırılan məsələlər müvafiq olaraq cavablandırılıb.


GOYEZEN.AZ



Facebook-da paylaş