İcra başçısı fərdi şəkildə görüşmək istəyən vətəndaşları qəbul edib
Bu gün ölkəmizdə bütün sahələrdə vətəndaş amili ön plana çəkilir ki, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Eyni zamanda bu, hər bir dövlət məmuruna örnəkdir. Ən əsası da bu gün vətəndaş məmnunluğunun təmin olunması, bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsi dövlət siyasətinin ana xəttini təşkil edir. Ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələr də məhz bu məqsədi daşıyır.
Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Yanvarın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fərdi şəkildə görüşmək istəyən daha bir qrup vətəndaşı qəbul edib, müraciətlərini dinləyib.
Bakı şəhər sakini Həmidova Minayə Şəfi qızının, Qazax şəhər sakini Mustafayev Rəşad İsmayıl oğlunun, Xanlıqlar kənd sakini Çobanov Rasim Rəşid oğlunun, Aşağı Əskipara kənd sakini, şəhid ailəsi Məmmədova Gülnaz Hümbət qızının, Ağköynək kənd sakini Rəhimova Səlminaz Məmməd qızının, Kosalar kənd sakini Əhmədov Kamil Sakit oğlunun müxtəlif məzmunlu müraciətlərini dinləyib. Hər zaman olduğu kimi bundan sonra da vətəndaş məmnunluğunun əsas götürüləcəyini, qaldırılan məsələlərə həssaslıqla yanaşılacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş