İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib
Ölkəmizdə bütün sahələrdə vətəndaş amilinin ön plana çəkilməsi Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Ən əsası da dövlət siyasətinin ana xəttini təşkil edən vətəndaş məmnunluğunun təmin olunması hər bir dövlət məmuru üçün örnəkdir. Ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələr də məhz bu məqsədi daşıyır.
Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Aprelin 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fərdi şəkildə görüşmək istəyən daha bir qrup vətəndaşı qəbul edib. Çaylı, Hüseynbəyli və İkinci Şıxlı kəndlərindən müraciət edən vətəndaşların müxtəlif məzmunlu istəklərini dinləyib.
Vətəndaşların işlə təmin edilməsində köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşlar tərəfindən qaldırılan digər məsələlər müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş