• Təqvim

  • Maraq



İcra başçısı Dəmirçilər kənd sakinlərinin müraciətləri ilə yerində maraqlanıb


Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğı dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər ölkə rəhbərinin vətəndaşlarla bağlı apardığı uğurlu dövlət siyasətinin və görülən işlərin təməlində vətəndaş məmnunluğu dayanır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr bir daha onu sübut edir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. 

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.


Martın 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Dəmirçilər kənd sakinlərinin su ilə bağlı müraciətlərinə əsasən yerində baxış keçirib, mövcud vəziyyətlə maraqlanıb. 

Rayon rəhbərliyinə məlumat verilib ki, Dəmirçilər kəndində sakinlərin su təminatının yaxşılaşdırılması məqsədilə 2 km-ə yaxın su xətti çəkilmiş və 10 tonluq su çəni qoyulmuşdur. Hər bir vətəndaş tərəfindən yaşadıqları evlərə su xətləri çəkilmişdir. Qeyd edilib ki, digər kənd sakinlərinə də evlərinə su xətti çəkmək üçün çıxış verilmiş və  özləri tərəfindən çəkmələri tövsiyə olunmuşdur. Evlərə su xətlərinin çəkilməsi davam edir. 

Qeyd edək ki, kəndlərdə su təminatının yaxşılaşdırılması istiqamətində görülən işləri kənd sakinləri də razılıqla qarşılayırlar. Sakinlər onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Rayonda bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, qaldırdıqları məsələlərin həlli istiqamətində görülmüş işlərə görə rayon rəhbərliyinə razılıqlarını ifadə edirlər. 

GOYEZEN.AZ



Facebook-da paylaş